Nations Bible

Luke 20

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

İsanın səlahiyyəti

1Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb 2Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» 3İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin: 4Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» 5Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 6Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir». 7Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır». 8İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».

Pis bağbanlar məsəli

9İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi. 10Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar. 11Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar. 12O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular. 13Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”. 14Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”. 15Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək? 16Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın».

17Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir?

“Bənnaların rədd etdiyi daş

Guşədaşı olub”.

18Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək».

19İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.

Hər kəsin öz haqqı

20İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. 21Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən. 22Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 23Amma İsa onların hiyləsini başa düşüb belə dedi: 24«Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin». 25İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 26İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular.

Dirilmə haqqında sual

27Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu: 28«Müəllim, Musa bizim üçün belə yazmışdı: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 29Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü. 30İkincisi də, 31üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü. 32Hamısından sonra bu qadın da öldü. 33Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».

34İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. 35Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. 36Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır. 37Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib. 38Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir».

39İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin». 40Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər.

Məsih kimin Oğludur?

41Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər? 42Axı Davud özü Zəbur kitabında

“Rəbb mənim Ağama dedi:

‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək

Sağımda otur›”

deyib. 44Deməli, Davud Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?»

İsa ilahiyyatçıları məzəmmət edir

45Bütün xalq bu sözləri dinləyəndə İsa Öz şagirdlərinə dedi: 46«İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər. 47Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Debates in the Temple Courts

  • Asked by what authority he acts, Jesus asks whether John's baptism was from heaven or from men. The leaders will not answer: if they say from heaven, he can ask why they did not believe John; if they say from men, they fear the people will stone them, for the crowd is convinced that John was a prophet. Easton's Bible Dictionary (1897) describes John the Baptist as of priestly descent—his father Zacharias a priest of the course of Abia, his mother Elisabeth of the daughters of Aaron—and notes that his mission was the subject of prophecy.Sources: the Bible text itself · John the Baptist
  • Some Sadducees, who say there is no resurrection, ask whose wife a woman would be if, as Moses wrote, seven brothers in turn married her to raise up offspring. Jesus points to the burning bush passage, where Moses calls the Lord the God of Abraham, the God of Isaac, and the God of Jacob, and says God is God of the living. Easton's Bible Dictionary calls Abraham, son of Terah, father of a multitude; Isaac, the only son of Abraham by Sarah; and Jacob, also called Israel, the second-born twin of Isaac and Rebekah, one who follows on another's heels.Sources: the Bible text itself · Abraham · Isaac · Jacob (Israel)
  • Jesus asks how the Christ can be David's son when David, in the book of Psalms, calls him Lord. Easton's Bible Dictionary identifies David as the eighth and youngest son of Jesse, a citizen of Bethlehem, who first tended his father's sheep on the uplands of Judah.Sources: the Bible text itself · David

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.