Luke 1
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

About this book
About Luke
- Easton's Bible Dictionary (1897) presents the evangelist Luke as a Gentile; the date and circumstances of his conversion are unknown. According to his own statement, Easton notes, he was not an eyewitness and minister of the word from the beginning. Easton thinks it probable that he was a physician in Troas, converted there by Paul, to whom he then attached himself.Sources: Easton: Luke
- That dictionary does not date the Gospel. It places Luke with Paul at Philippi, later as his companion on the journey from Philippi to Jerusalem, then absent during the imprisonments at Jerusalem and Caesarea, and present again when Paul set out for Rome, remaining until the close of the first imprisonment; the last notice of the beloved physician is in 2 Timothy 4:11.Sources: Easton: Luke
- Under the Romans in the time of Jesus, Judea was the southernmost of the three divisions of Palestine and part of the province of Syria. Pontius Pilate, sixth procurator of Judea from A.D. 26 to 36, had his headquarters at Caesarea and often went up to Jerusalem; his rule covered the ministries of John the Baptist and of Jesus. Herod Antipas, Herod's son by Malthace, is named in Luke's narrative.Sources: Judea · Pontius Pilate · Herod Antipas
- Luke's opening narrative concerns John the Baptist, of priestly descent: his father Zacharias was a priest of the course of Abia, and his mother Elisabeth was of the daughters of Aaron; John's birth came six months before Jesus's. Mary, wife of Joseph, of the tribe of Judah and the lineage of David, was living at Nazareth when the angel Gabriel announced that she would be the mother of the Messiah; she afterward visited her cousin Elisabeth. The entry on Mary states that her genealogy is given in Luke 3.Sources: John the Baptist · Mary (Mother of Jesus) · Nazareth
- Easton cites many passages in Luke's writings and in Paul's letters as showing the extent and accuracy of Luke's medical knowledge. After Jesus was expelled from Nazareth, Capernaum, a Galilean city not mentioned in the Old Testament, became his own city and the scene of many acts of his life. Galilee had long been known as Galilee of the Gentiles.Sources: Easton: Luke · Capernaum · Galilee
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Kitabın Teofilə həsr olunması
1Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib. 2Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi 3mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. 4Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən.
Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir
5Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. 6Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər. 7Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.
8Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi. 9Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. 10Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi. 11Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. 12Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. 13Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. 14Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. 15Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. 16O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. 17Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək». 18Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». 19Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. 20Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».
21Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi. 22O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.
23Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. 24Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. 25O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı».
İsanın doğulması əvvəlcədən bildirilir
26Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, 27Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. 28Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». 29Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. 30Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. 31Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. 33O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». 34Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». 35Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. 36Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. 37Çünki Allah üçün mümkün olmayan şey yoxdur». 38Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Məryəmlə Elizavetin görüşü
39O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. 40O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. 41Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub 42uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! 43Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? 44Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. 45Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!»
Məryəmin həmd ilahisi
46Məryəm isə dedi:
47«Qəlbim Rəbbi ucaldır,
Ruhum Xilaskarım Allaha görə şadlanır,
48Çünki O Öz qulunun yazıq halını gördü.
Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,
49Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,
Onun adı müqəddəsdir!
50Onun mərhəməti də nəsildən-nəslə
Ondan qorxanlara göstərilər.
51O, qolu ilə qüdrətli işlər gördü,
Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.
52Hökmdarları taxtlarından endirdi,
Məzlumları yüksəltdi.
53Acları nemətlərlə doydurdu,
Varlıları isə əliboş yola saldı.
54Rəbb qulu İsrailin imdadına çatdı,
Ata-babalarımıza vəd etdiyi kimi
İbrahimə və onun nəslinə əbədilik
Mərhəmət göstərməyi yada saldı».
56Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.
Vəftizçi Yəhyanın doğulması
57Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 58Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 59Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 60Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». 61Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». 62Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. 63O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. 64Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. 65Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. 66Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
Zəkəriyyənin peyğəmbərliyi
67Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:
68«Alqış olsun İsrailin Allahı Rəbbə!
Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
69O, qulu Davudun nəslindən
Bizə qüdrətli Xilaskar yetirdi.
70Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
71Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.
72Beləcə ata-babalarımıza mərhəmət göstərib
Öz müqəddəs Əhdini xatırladı.
73Atamız İbrahimə and içdiyi kimi
Bizə elə güc verdi ki,
74Düşmənlərimizin əlindən qurtulub
Həyatımız boyu qorxmadan Rəbbin önündə
Müqəddəslik və salehliklə Ona ibadət edək.
76Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,
Çünki Rəbbin önündə gedəcəksən,
Onun yolunu hazırlayacaqsan.
77Onun xalqına günahlarının bağışlanması ilə
Xilas olunmaları barədə bildirəcəksən.
78Axı Allahımızın ürəyi mərhəmətlidir,
Onun bu mərhəmətinə görə
Ucalarda bizim üçün Günəş doğacaq ki,
79Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,
Ayaqlarımızı sülh yoluna yönəltsin».
80Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.

Did you know?
Announcements of John and Jesus
- Zechariah served in the priestly division of Abijah, the eighth of the twenty-four courses into which David had divided the priests. Only four of those groups returned from the Exile and were then redistributed under the old names. Priests served at the temple twice a year, for one week at a time, and lots were drawn each day for the solemn offering of incense.Sources: Zacharias · the Bible text itself
- The angel who stood at the right side of the altar of incense named himself Gabriel and said that he stands in the presence of God. The same name designates the angel sent to Daniel to explain the vision of the ram and the he-goat and to give the prediction of the seventy weeks, and Gabriel also announced to Mary that she would bear a son.Sources: Gabriel · the Bible text itself
- Elizabeth was a descendant of Aaron. Mary, of the tribe of Judah and the line of David, was connected with her by marriage and went from Nazareth in Galilee, a town not mentioned in the Old Testament, to visit her in the hill country of Judah.Sources: Elisabeth · Mary (Mother of Jesus) · Nazareth · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Judea · Today: Judea 1 · 31.777, 35.234 · verses 5, 39, 65
- Holy Place · Today: on Mount Moriah · 31.778, 35.236 · verses 9, 21, 22
- Galilee · 32.760, 35.527 · verse 26
- Nazareth · 32.702, 35.298 · verse 26
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org