Nations Bible

John 12

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Məryəmin İsaya hədiyyəsi

1Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 2Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 3Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 4Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 5«Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 6Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 7Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 8Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».

9Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 10Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 11Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.

İsanın Yerusəlimə daxil olması

12Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 13xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar

«Hosanna!

Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!»

deyə qışqırırdı. 14İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:

15«Ey Sion qızı, qorxma.

Bax Padşahın bir sıpaya minib gəlir».

16Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. 17İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 18Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. 19Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».

İsa öləcəyini əvvəlcədən bildirir

20Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. 21Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. 22Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. 23İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. 24Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. 25Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. 26Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.

27İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 28Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. 29Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. 30İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. 31İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. 32Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». 33İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 34Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» 35Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. 36Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».

Xalqın inadkarlığı

İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. 37Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. 38Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin:

«Ya Rəbb, xəbərimizə kim inandı,

Rəbbin gücü kimə zühur oldu?»

39Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:

40«Allah onların gözlərini kor etdi

Və ürəklərini kütləşdirdi ki,

Gözləri ilə görməsinlər,

Ürəkləri ilə anlamasınlar

Və Mənə sarı dönməsinlər ki,

Mən onlara şəfa verim».

41Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. 42Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. 43Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.

44İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. 45Məni görən də Məni Göndərəni görür. 46Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. 47Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. 48Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. 49Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. 50Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm».

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

The Anointing at Bethany and the Entry into Jerusalem

  • Bethany, where Jesus arrived six days before the Passover, lay about two miles east of Jerusalem on the southeastern slope of the Mount of Olives, along the road to Jericho, and took its name from the palm trees that grew there. It was the home of Lazarus, whom Jesus had raised from the dead after four days in the tomb, and of his sisters Martha and Mary; the chief priests planned to kill Lazarus as well, because on his account many people were believing in Jesus.Sources: the Bible text itself · Bethany · Lazarus
  • At a dinner where Martha served and Lazarus reclined at the table, Mary anointed Jesus' feet with about a pint of expensive perfume made of pure nard and wiped them with her hair, so the house was filled with the fragrance. Judas Iscariot, son of Simon, whose surname means a man of Kerioth, asked why it was not sold for three hundred denarii for the poor; he was a thief who, as keeper of the money bag, used to take from what was put into it, and he was going to betray Jesus.Sources: the Bible text itself · Judas Iscariot · Simon
  • The next day the great crowd that had come for the feast took palm branches and went out to meet Jesus as he came to Jerusalem, seated on a young donkey, shouting praise to the King of Israel, as it is written of the Daughter of Zion. Zion was the southeastern hill of Jerusalem, where David built a citadel and a palace after taking it, so that it became the city of David. At first his disciples did not understand these things, but after Jesus was glorified they remembered that they had also been written about him.Sources: the Bible text itself · Zion

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Jerusalem · 31.777, 35.234 · verses 11, 12, 20
  • Zion · Today: Jerusalem · 31.777, 35.234 · verse 15
  • Galilee · 32.760, 35.527 · verse 21

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.