Nations Bible

Jeremiah 31

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

1Rəbb bəyan edir: «O zaman Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar da Mənim xalqım olacaq».

İsrail xalqının öz yurduna dönməsi

2Rəbb belə deyir:

«Mən İsrailə dinclik verməyə gedəndə

Qılıncdan qaçıb qurtulan xalq

Çöldə lütf tapdı».

3Rəbb uzaqdan mənə görünüb dedi:

«Səni əbədi bir məhəbbətlə sevdim,

Buna görə də sevgi ilə

Səni Özümə tərəf çəkdim.

4Səni yenidən ayağa qaldıracağam,

Sən də ayağa qalxacaqsan,

Ey bakirə qıza bənzəyən İsrail!

Sən yenə dəflərinlə bəzənib

Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan.

5Yenə də Samariya dağlarında bağ salacaqsan,

Bağ salanlar onun meyvələrindən dadacaq.

6Bir gün gələcək ki,

Efrayimin dağlıq bölgəsində

Keşikçilər “qalxın, Siona,

Allahımız Rəbbin yanına çıxaq”

Deyə qışqıracaq».

7Rəbb belə deyir:

«Yaqubu sevinclə tərənnüm edin,

Millətlərin başçısı üçün səs qaldırın!

Ucadan həmd edib bildirin!

“Ya Rəbb, xalqını,

İsraildən sağ qalanları xilas et!” deyin.

8Mən onları şimal ölkəsindən qaytaracağam,

Dünyanın uzaq yerlərindən toplayacağam.

Aralarında kor, topal,

Hamilə və doğan qadın da olacaq.

Böyük bir camaat olub buraya qayıdacaqlar.

9Onlar ağlaya-ağlaya gələcək,

Yalvardıqları zaman

Onlara yol göstərib geri qaytaracağam.

Axar sular boyunca

Büdrəməyəcəkləri düz yolla aparacağam.

Çünki Mən İsrailin atasıyam,

Efrayim də ilk oğlumdur.

10Ey millətlər, Rəbbin sözünü eşidin,

Uzaqlardakı adalarda elan edib deyin:

“İsraili səpələyən onu bir yerə toplayacaq,

Sürüsünü qoruyan çoban kimi

Onu qoruyacaq”.

11Çünki Rəbb Yaqubu satın aldı,

Ondan güclü olanın əlindən qurtardı.

12Onlar Sionun yüksək təpəsinə gəlib

Tərənnüm edəcək.

Rəbbin verdiyi nemətlər –

Taxıl, təzə şərab, zeytun yağı,

Qoyun-keçi, mal-qara önünə axışacaqlar.

Canları sulanmış bağça kimi olacaq,

Bir daha taqətdən düşməyəcəklər.

13O zaman bakirə qız, cavan və qoca kişilər

Birlikdə rəqs edib sevinəcək,

Mən onların yasını şadlığa çevirəcəyəm,

Sevincə çevirəcəyəm.

Kədərlərinə təsəlli verib

Onları sevindirəcəyəm.

14Kahinləri bol yeməklə doyduracağam,

Xalqım nemətlərimlə doyacaq»

Rəbb belə bəyan edir.

15Rəbb belə deyir:

«Ramada bir səs eşidildi,

Yas və acı fəryad səsləri!

Rəhilə uşaqları üçün ağlayır,

Təsəlli istəmir.

Çünki onlar daha yoxdur».

16Rəbb belə deyir:

«Səsini ağlamaqdan,

Gözlərini yaş tökməkdən qoru,

Çünki çəkdiyin zəhmətin əvəzi veriləcək,

Xalqım düşmən ölkəsindən qayıdacaq»

Rəbb belə bəyan edir.

17«Gələcəyin üçün ümid var,

Övladların öz yurdlarına dönəcək»

Rəbb belə bəyan edir.

18Bəli, Mən Efrayimin nalələrini eşitdim:

«Sən məni

Öyrədilməmiş dana kimi tərbiyələndirdin,

Mən də tərbiyə aldım.

Məni geri qaytar, qayıdım,

Çünki Allahım Rəbb Sənsən.

19Mən yolumdan azdıqdan sonra tövbə etdim,

Ağlım başıma gələndə əllərimi yanıma çırpdım.

Cavanlığımda etdiyim eyib işlərdən

Utandım, rüsvay oldum.

20Efrayim əziz oğlum deyilmi?

Mənim razı olduğum övlad deyilmi?

Hər dəfə əleyhinə danışanda

Yenə onu yadıma salıram.

Ürəyim onun üçün sızlayır,

Ona hədsiz rəhmim gəlir»

Rəbb belə bəyan edir.

21«Yol işarələri qoy,

Yol göstərən lövhələr düzəlt.

Böyük yola – getdiyin yola fikir ver.

Geri dön, ey bakirə qıza bənzəyən İsrail,

Öz şəhərlərinə qayıt!

22Nə vaxta qədər sərgərdan gəzəcəksən,

Ey dönük qız?

Rəbb dünyada yeni bir şey yaradacaq:

Qadın kişini qoruyacaq».

23İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər:

“Ey ədalət yurdu, ey müqəddəs dağ,

Rəbb sənə xeyir-dua versin!”

24Xalq – əkinçilər, sürüləri ilə gəzən çobanlar Yəhudada və onun şəhərlərində birlikdə yaşayacaq. 25Çünki Mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam».

26Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu.

27Rəbb bəyan edir: «İsrail və Yəhuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır. 28Kökündən çıxarıb yox edəndə, yıxıb-dağıdanda və bəla gətirəndə onlara necə nəzarət etdimsə, dirçəldib yerləşdirəndə də eləcə nəzarət edəcəyəm» Rəbb belə bəyan edir. 29«O vaxt adamlar daha “atalar kal üzüm yedi, oğulların dişi qamaşır” deməyəcək. 30Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yeyənin öz dişləri qamaşacaq».

Yeni Əhd

31Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır. 32Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular» Rəbb belə bəyan edir. 33«O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. 34«Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.

35Gündüz işıq olsun deyə günəşi çıxaran,

Gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan,

Dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb –

Adı Ordular Rəbbi Olan belə deyir:

36«Əgər qoyulan bu qayda-qanunlar

Önümdən götürülərsə,

Yalnız onda İsrail nəsli əbədilik

Bir millət olmaqdan çıxar»

Rəbb belə bəyan edir.

37Rəbb belə deyir:

«Əgər yuxarıda göylər ölçülə bilsə,

Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə,

Mən də onda bütün etdikləri işlərdən ötrü

Bütün İsrail nəslini rədd edərəm»

Rəbb belə bəyan edir.

38Rəbb bəyan edir: «Xananel qülləsindən Künc darvazasına qədər şəhərin Mənim üçün yenidən tikiləcəyi günlər gəlir. 39Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək. 40Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə At darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq».

Did you know?

Restoration and the New Covenant

  • In Jeremiah 31:15, Rachel, the ancestral mother of Joseph and Benjamin whose tomb is near Bethlehem, is portrayed as weeping in Ramah for her lost children. Ramah was a city in Benjamin where captives of Jerusalem, including Jeremiah himself, were later assembled following the Babylonian conquest.Sources: the Bible text itself · Rachel · Ramah
  • Although Ephraim was Joseph's younger son, he received the preeminent right-hand blessing from his grandfather Jacob. In this chapter, God tenderly refers to Ephraim as his firstborn and a delightful child, promising mercy and return to the scattered people.Sources: the Bible text itself · Ephraim · Jacob (Israel)
  • This chapter introduces the promise of a new covenant, contrasting it with the covenant made when God led their ancestors out of Egypt. Instead of outward instruction alone, this covenant describes God placing his law directly into their minds and inscribing it upon their hearts.Sources: the Bible text itself · Egypt

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Samaria · 32.276, 35.195 · verse 5
  • Mount Ephraim · 31.923, 35.241 · verse 6
  • Zion · Today: Jerusalem · 31.777, 35.234 · verses 6, 12
  • Jerusalem · 31.777, 35.234 · verses 23, 38
  • Egypt · 30.129, 31.308 · verse 32
  • Corner Gate · Today: in Jerusalem · 31.777, 35.234 · verse 38
  • Tower of Hananel · Today: Antonia Fortress · 31.780, 35.234 · verse 38
  • Gareb · Today: in Jerusalem · 31.777, 35.234 · verse 39
  • Goah · Today: within 8 km of Jerusalem · 31.777, 35.234 · verse 39
  • Horse Gate · Today: in Jerusalem · 31.777, 35.234 · verse 40
  • Kidron · Today: Kidron River · 31.780, 35.240 · verse 40

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.