Nations Bible

Jeremiah 3

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Xəyanətkar İsrail

1Əgər bir adam öz arvadını boşasa,

Arvad da onu tərk edib başqasına ərə getsə,

O adam bir də arvadının yanına qayıdarmı?

Belə etsə, ölkə də tamamilə murdar olmazmı?

Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?»

Rəbb belə bəyan edir.

2«Başını çılpaq təpələrə tərəf qaldırıb bax.

Sevişmədiyin yer varmı?

Səhrada yaşayan bədəvi kimi

Yol kənarında oturdun və oynaşlarını gözlədin.

Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin.

3Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı.

Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin.

4İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan.

5Sən həmişə qəzəbli olacaqsan,

Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan.

Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».

6Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi. 7İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü. 8Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi. 9Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi. 10Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir.

11Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu. 12Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram. 13Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir.

14“Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. 15Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər. 16Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək. 17O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər. 18O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”.

19Mən dedim:

“Necə də istərdim, səni oğullarımın arasına qoyum,

Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim!

Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız,

Məndən üz döndərməyəcəksiniz.

20Bir arvad öz ərinə xəyanət edirsə,

Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!”

Rəbb belə bəyan edir.

21“Çılpaq təpələr üzərində bir səs –

İsrail övladlarının

Ağlaşma və yalvarışları eşidilir,

Çünki onlar yollarını azdı,

Özlərinin Allahı Rəbbi unutdu.

22Geri qayıdın, ey dönük övladlar,

Dönüklüyünüzə şəfa verim”.

Onlar da deyəcək:

“Budur, biz Sənə tərəf gəlirik,

Çünki Allahımız Rəbb Sənsən.

23Doğrudan da, təpələrdən, dağlardan gələn

Hay-küy yalandır.

Əslində İsrailin xilası

Allahımız Rəbdədir.

24Cavanlığımızdan bəri

Rüsvayçı bütlər

Atalarımızın zəhmətini,

Sürülərini və mal-qaralarını,

Oğullarını və qızlarını tələf etdi.

25Biz xəcalətimiz içində yatırıq,

Rüsvayçılıq bizim yorğanımızdır,

Çünki cavanlığımızdan indiyədək

Biz və atalarımız

Allahımız Rəbbə qarşı günah etdik,

Allahımız Rəbbin sözünə qulaq asmadıq”».

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

A Call to Faithless Sisters to Return

  • During the reign of King Josiah of Judah, Jeremiah received prophecies comparing the northern kingdom of Israel and the southern kingdom of Judah to two sisters. Although the northern kingdom had already been sent away for its idolatry, Judah failed to learn from her sister's fate and turned back only in pretense.Sources: the Bible text itself · Josiah
  • The prophet foretells a future restoration where the scattered people are brought back to Zion, the historic hill of Jerusalem. In that day, Jerusalem itself would be recognized as the Throne of the LORD, and the ark of the covenant would no longer be remembered or rebuilt.Sources: the Bible text itself · Zion · Jerusalem
  • Drawing upon ancient marriage and divorce concepts, the text describes worshiping foreign gods on hills and under green trees as marital unfaithfulness. Despite this betrayal, the LORD repeatedly calls upon His faithless children to acknowledge their guilt and return to Him.Sources: the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Zion · Today: Jerusalem · 31.777, 35.234 · verse 14
  • Jerusalem · 31.777, 35.234 · verse 17

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.