Nations Bible

Jeremiah 22

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Allahın padşah sülaləsinə müraciəti

1Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki, 2ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin. 3Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin. 4Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək. 5Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir. 6Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir:

“Sən Mənim üçün Gilead,

Livanın zirvəsi kimisən.

Ancaq Mən hökmən səni bir çölə,

Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.

7Sənə qarşı həlak edənlər təyin edəcəyəm,

Hamısının əlində silah olacaq.

Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər,

Onları oda atacaqlar.

8Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?› 9Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”».

Padşah Şallum barədə vəhy

10Ölən padşah üçün ağlamayın,

Yas tutmayın.

Ancaq sürgünə gedən üçün acı-acı ağlayın,

Çünki daha qayıtmayacaq,

Doğma vətənini görməyəcək.

11Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq, 12sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək.

Padşah Yehoyaqim barədə vəhy

13Vay o adamın halına ki,

Sarayını haqsızlıqla,

Yuxarı otaqlarını ədalətsizliklə tikir,

Öz soydaşını müftə işlədir,

Ona muzdunu vermir.

14Vay o adamın halına ki,

“Özümə geniş yuxarı otaqları olan

Böyük bir saray tikdirəcəyəm” deyib

Oraya pəncərələr açır,

Ətrafını sidr ağacı ilə örtür.

Qırmızı rənglə boyayır.

15Çoxlu sidr ağacın olduğu üçünmü

Özünü padşah sanırsan?

Atan da doyunca yeyib-içirdi,

Ədalət və salehliklə rəftar edirdi.

Ona görə də işləri uğurlu oldu.

16Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı,

Ona görə də işləri uğurlu oldu».

Rəbb bəyan edir: «Məni tanımaq

Elə bu deyilmi?

17Ancaq sənin gözlərin və ürəyin

Öz haram qazancında,

Tökmək istədiyin günahsız qanda,

Etmək istədiyin qəddarlıqda,

Zorakılıqda qalıb».

18Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir:

«Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar,

“Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar.

19Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar,

Eşşək basdırılan kimi basdırılacaq».

Yerusəlim barədə vəhy

20«Livana qalxıb fəryad et,

Başanda səsini ucalt,

Avarimdən nalə çək,

Çünki bütün müttəfiqlərin əzildi.

21Hər şeyin əmin-amanlıqda olanda

Sənə nəsihət etdim,

Ancaq “qulaq asmayacağam” dedin.

Uşaqlığından xasiyyətin belədir,

Sözümə qulaq asan deyilsən.

22Külək bütün başçılarını alıb-aparacaq,

Müttəfiqlərin sürgünə gedəcək.

O zaman etdiyin bütün pisliklərdən ötrü

Utanıb rüsvay olacaqsan.

23Ey sən “Livanda” yaşayan,

Yuvasını sidr ağacından quran!

Sənə hamilə qadın kimi

Ağrılar, sancılar gələndə

Necə ah-zar edəcəksən!»

Padşah Yehoyakin barədə vəhy

24Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım. 25Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm. 26Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz. 27Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız».

28Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı? 29Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə! 30Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Judgments on the Kings of Judah

  • Shallum, also known as Jehoahaz, was chosen by the people to succeed his father Josiah, but he was deposed and taken captive to Egypt by Pharaoh Necho after reigning only a few months, becoming the first king of Judah to die in exile.Sources: the Bible text itself · Jehoahaz · Jehoiakim
  • The prophet sharply contrasts King Josiah with his son Jehoiakim. While Josiah defended the rights of the poor and oppressed, Jehoiakim exploited unpaid forced labor to construct an extravagant palace paneled in cedar and painted in vermilion.Sources: the Bible text itself · Josiah · Jehoiakim
  • Coniah, another name for King Jehoiachin or Jeconiah, was carried off to Babylon by King Nebuchadnezzar, fulfilling Jeremiah's prophecy that he would be cast into a foreign land and that no descendant of his would reign on David's throne in Judah.Sources: the Bible text itself · Jehoiachin · Nebuchadnezzar

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Jerusalem · 31.777, 35.234 · verses 4, 19, 20
  • Gilead · Today: Gilead 1 · 32.187, 35.692 · verse 6
  • Lebanon · 33.540, 35.584 · verses 6, 20, 23
  • Abarim · 31.754, 35.715 · verse 20
  • Bashan · 32.781, 35.935 · verse 20
  • Babylon · 32.543, 44.422 · verse 25
  • Chaldea · 30.962, 46.104 · verse 25

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.