Nations Bible

Judges 7

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Gideonun Midyan üzərində qələbəsi

1Yerub-Baal, yəni Gideon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyan ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi.

2Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək. 3İndi sən xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın”». Xalqdan iyirmi iki min nəfəri geri qayıtdı, on min nəfəri qaldı.

4Rəbb Gideona dedi: «Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyim bütün adamlar isə getməyəcək». 5Gideon xalqı su kənarına endirəndə Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstü oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan». 6Əllərini ağızlarına aparıb suyu dili ilə içənlərin sayı üç yüz nəfər oldu. Lakin xalqın qalan hissəsi su içmək üçün dizüstü yerə oturdu. 7Rəbb Gideona dedi: «Sizi dili ilə su içən bu üç yüz nəfərlə qurtaracağam və Midyanlıları sənə təslim edəcəyəm. Qoy xalqın qalan hissəsi öz yerinə qayıtsın». 8Bu üç yüz adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gideon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və üç yüz nəfəri yanında saxladı. Midyan ordugahı Gideonun olduğu yerin aşağısındakı vadidə idi.

9O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm. 10Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en. 11Orada sən onların söhbətini eşidəcəksən, onda qüvvət alıb ordugaha enərsən». O zaman Gideon və nökəri Pura ordugahın kənarında olan silahlı adamların yanına endilər. 12Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi. 13Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi». 14Yoldaşı ona cavab verdi: «Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib».

15Gideon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: «Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib». 16Yanında olan üç yüz nəfəri üç dəstəyə ayırdı. Hamısının əlinə şeypurlar, boş dolçalar və dolçanın içində məşəllər verdi. 17Onlara tapşırdı ki, «mənə baxın, mən necə edirəmsə, siz də elə edin. Bax mən ordugahın kənarına çatan zaman nə etsəm, siz də elə edin. 18Mən və mənimlə bərabər olanların hamısı şeypur çalan kimi siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və “Rəbb üçün və Gideon üçün!” deyə bağırın».

19Gideonla yanında olan yüz nəfər kişi orta növbəsinin başlanğıcında – növbətçilər təzə dəyişən zaman ordugahın kənarına çatdılar. Onlar şeypurlarını çalıb əllərindəki dolçaları qırdılar. 20Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar. 21Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar. 22Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı. 23Naftalidən, Aşerdən və bütün Menaşşedən çağırılmış İsraillilər Midyanlıları qovdular.

24Gideon bütün Efrayimin dağlıq bölgəsinə qasid göndərib dedi: «Enin, Midyanlılara hücuma keçin. Onların yolunu kəsmək üçün Bet-Baraya qədər İordan çayının sularını tutun». Bütün Efrayimlilər yığılıb Bet-Baraya qədər İordan çayının sularını tutdular. 25Sonra iki Midyan başçısı Orevlə Zeevi tutdular. Orevi Orev qayasında, Zeevi isə Zeev üzümsıxanında öldürdülər. Midyanlıları qovdular və İordan çayını keçərək Orevlə Zeevin başlarını Gideona gətirdilər.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Gideon's Three Hundred

  • Before the battle, Gideon's force of 32,000 men was drastically reduced to just 300 at the spring of Harod. First, 22,000 fearful men were permitted to return home, and the remaining 10,000 were sifted by how they drank water from the spring, leaving only those who brought water to their mouths with their hands.Sources: the Bible text itself · Harod
  • Gideon used night tactics and psychological shock by dividing his 300 men into three companies armed only with rams' horns, torches, and clay jars. Surrounding the vast camp of Midianites and allied eastern nomads near the hill of Moreh during the night watch, the sudden sound of shattering jars and blowing horns caused the enemy to turn on one another in the dark.Sources: the Bible text itself · Moreh (little Hermon) · East
  • As the Midianites fled toward the Jordan River, the tribe of Ephraim was summoned to cut off their retreat at the river crossings. The Ephraimites captured and executed two Midianite leaders, Oreb (meaning 'raven') and Zeeb (meaning 'wolf').Sources: the Bible text itself · Oreb · Zeeb · Ephraim

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Midian · 28.495, 35.012 · verses 1, 2, 7, 8, 12, 13, 14, 15, 23, 24, 25
  • Amalek · 30.648, 34.422 · verse 12
  • East · Today: region around Amman · 31.955, 35.934 · verse 12
  • Jordan · Today: Jordan River · 31.761, 35.558 · verses 24, 25

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.