Nations Bible

Judges 5

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Devora ilə Baraqın ilahisi

1Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular:

2Başçılar İsraildə rəhbərlik edəndə,

Xalq özünü könüllü təqdim edəndə

Rəbbə alqış edin!

3Dinləyin, ey padşahlar! Qulaq asın, əmirlər!

Mən Rəbbi tərənnüm edəcəyəm,

İsrailin Allahı Rəbbə nəğmə söyləyəcəyəm!

4Ya Rəbb, Sən Seirdən çıxarkən,

Edom çölündən keçərkən

Yer titrədi, göylər damdı.

Bəli, buludlardan sular axdı.

5Sina dağına sahib olan Rəbbin qarşısında,

İsrailin Allahı Rəbbin qarşısında

Dağlar titrədi.

6Anat oğlu Şamqar zamanında,

Həm də Yael zamanında

Karvanlar buraya gəlişini kəsdi,

Səyyahlar dolanbac yollarla getdi.

7Mən Devora ayağa qalxanadək,

İsraildə ana kimi meydana çıxanadək

İsraildə kəndlilər artıq yaşamırdı.

8İsraillilər yeni allahlar seçərkən

Döyüşlər darvazalardan keçdi.

O zaman qırx min İsraillinin əlində

Nə nizə, nə də ki qalxan göründü.

9Mənim könlüm İsrailə hökm edənlərlədir,

Xalq içində özünü könüllü təqdim edənlərlədir.

Rəbbə alqış edin!

10Bu nəğməni söyləyin, ey ağappaq eşşəklərə minənlər,

Ey əlvan xalılar üstündə əyləşənlər,

Ey bütün yoldan keçənlər!

11Oxatanların səs-küyündən uzaqda,

Su çəkənlər arasında –

Orada Rəbbin zəfərlərindən,

İsraildəki igidlərin zəfərlərindən nəql ediləcək.

O zaman Rəbbin xalqı darvazalara endi.

12Oyan, ey Devora, oyan!

Oyan, ilahi oxu, oyan!

Ayağa qalx, ey Baraq!

Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar!

13O zaman sağ qalanlar əyanların yanına endi.

Rəbbin xalqı cəngavər tək yanıma endi.

14Amaleq soyundan olanlar Efrayimdən gəldi,

Sənin ardınca gələn xalq arasında Binyamin də var idi.

Makirdən əmirlər,

Zevulundan sərkərdə əsasını daşıyanlar gəldilər.

15İssakardakı ağalar Devora ilə gəldilər.

İssakar necədirsə, Baraq da elə idi,

Onun ardınca vadiyə hücum çəkirdilər.

Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.

16Çobanların sürülərinə çaldığı tütək səsini dinləmək üçün

Niyə ağıllar arasında qaldınız?

Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.

17Gilead xalqı İordan çayının o tayında qaldı.

Bəs niyə Dan gəmilərin yanında sakin oldu?

Aşer dənizlərin sahilində qaldı,

Öz limanlarında məskən saldı.

18Döyüş meydanının yüksək yerlərində, Zevulunla Naftali

Canlarını ölüm təhlükəsinə atan bir xalq oldu.

19O zaman padşahlar gəlib vuruşdular.

Taanakda, Megiddo suları kənarında

Kənan padşahları vuruşdular.

Nə gümüş, nə də qənimət alan oldu.

20Ulduzlar göydən döyüşdü,

Sisraya qarşı öz dövrəsində döyüşdülər.

21Düşmənləri Qişon çayı apardı,

Qişon çayı coşub-daşandı.

Ey canım, sən qüvvətlə irəli get!

22O zaman at dırnaqları vurdu o yerə damğalar,

Dördnala, dördnala qaçarkən köhlən atlar.

23Rəbbin mələyi dedi: «Meroza lənət edin,

Onun xalqına ağır lənət söyləyin.

Çünki Rəbbin köməyinə,

Cəngavərlərə qarşı Rəbbin köməyinə gəlmədilər».

24Qenli Xeverin arvadı Yael

Qadınlar arasında hamıdan artıq xeyir-dua alsın,

Çadırda yaşayan qadınlardan daha bəxtiyar olsun!

25Su istəyəndə Sisra

Yael ona süd verdi.

Ağalara layiq bir camda ayran verdi.

26Sol əlinə payanı,

Sağ əlinə isə işçi toxmağını götürdü,

Onlarla Sisranı vurdu, başını əzdi.

Sındırıb gicgahlarını, deşib yerə keçirtdi.

27O yıxılıb ayaqlar altına sərildi,

Yerə döşəndi,

O yıxılıb ayaqlar altına sərildi,

Yıxıldığı yerə sərilib öldü.

28Sisranın anası məhəccər arxasından,

Pəncərədən nigaran-nigaran baxıb çığırdı:

«Nə üçün onun döyüş arabası bu qədər gecikir?

Döyüş arabalarının səsi axı niyə ləngiyir?»

29Müdrik əsilzadə xanımlar ona cavab verirdi,

O da öz-özünə təkrar-təkrar deyirdi:

30«Bəlkə qənimət malını tapıb bölüşdürürlər,

Yəqin ki hər igidə bir-iki qız düşür.

Sisraya talan malından düşür əlvan geyimlər,

Bəli, talan malından naxışlı əlvan geyimlər.

Qarət etdiklərinin içindən tapıb bölüşdürdülər,

Talançıların boyunları üçün

İki tərəfdən əlvan naxışlı geyimlər».

31Ya Rəbb, bütün düşmənlərin belə yox olur.

Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur!

Bundan sonra ölkə qırx il rahat yaşadı.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

The Song of Deborah and Barak

  • The poetic victory song highlights the varied responses of the Israelite tribes during the crisis. While groups like Zebulun, Naphtali, and Issachar risked their lives in the battle, others such as Reuben, Dan, Asher, and the inhabitants of Gilead stayed behind among their flocks, ships, and coastal harbors.Sources: the Bible text itself · Zebulun · Gilead
  • The decisive conflict took place near Taanach by the waters of Megiddo, an area along the Jezreel plain where the overflowing torrent of the Kishon River swept away the opposing forces.Sources: the Bible text itself · Taanach · Barak
  • The poem creates a vivid literary contrast between two women: Jael, the tent-dwelling Kenite who brought down the commander Sisera, and Sisera's aristocratic mother, who peered through a lattice window awaiting plunder and a son who would never return.Sources: the Bible text itself · Jael · Sisera (army captain)

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Edom · 30.746, 35.604 · verse 4
  • Mount Tabor · Today: Jebel et Tur · 32.686, 35.393 · verse 13
  • Amalek · 30.648, 34.422 · verse 14
  • Gilead · Today: Gilead 1 · 32.187, 35.692 · verse 17
  • Jordan · Today: Jordan River · 31.761, 35.558 · verse 17
  • Canaan · 32.767, 35.333 · verse 19
  • Megiddo · Today: Tel Megiddo · 32.585, 35.184 · verse 19
  • Taanach · Today: Tell Ta’anakh · 32.522, 35.219 · verse 19

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.