Nations Bible

Judges 14

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Şimşon və Timnalı qadın

1Bir gün Şimşon Timnaya endi və Timnada Filişt qızlarından bir qadın gördü. 2O, ata-anasının yanına qayıdıb dedi: «Timnada Filişt qızlarının arasında bir qadın görmüşəm, gedin, onu mənim üçün arvad alın». 3Atası ilə anası ona dedilər: «Məgər qohumlarının qızları arasında, xalqımın arasında bir qadın yoxdur ki, gedib özünə sünnətsiz Filiştlilərdən arvad alırsan?» Şimşon atasına dedi: «Mənim üçün onu alın, çünki gözümə o xoş görünür». 4Ata və anası bilmirdi ki, bu istək Rəbdəndir. Ona görə ki Rəbb Filiştlilərin hakimiyyətini devirmək üçün fürsət axtarırdı. O dövrdə Filiştlilər İsraillilərin üstündə hökmranlıq edirdi.

5Şimşon ata və anası ilə birlikdə Timnaya endi. Onlar Timnanın üzüm bağlarına çatanda qəflətən cavan bir aslan nərə çəkərək onun qarşısına çıxdı. 6Rəbbin Ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Onun əli boş idi, amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına isə heç nə bildirmədi. 7Sonra enib qadınla söhbət etdi və qadın Şimşonun gözünə xoş göründü.

Şimşon və tapmaca

8Bir müddət keçəndən sonra Şimşon qadını almaq məqsədi ilə geri qayıtdı. Aslanın leşinə baxmaq üçün o öz yolundan döndü. Gördü ki, aslanın leşinin üstündə arı beçəsi ilə bal var. 9O, ovucları ilə baldan götürdü və yeyə-yeyə ata-anasının yanına gəldi. Baldan onlara da verdi, lakin onlara bildirmədi ki, balı aslanın leşinin üzərindən götürüb.

10Atası qadının evinə getdi və Şimşon orada ziyafət qurdu, çünki o zamanlar cavanlar belə edərdi. 11Onu görən xalq müşayiət üçün ona otuz nəfər sağdış-soldış seçdi. 12Şimşon onlara dedi: «İndi mən sizə bir tapmaca deyəcəyəm. Əgər ziyafətin yeddinci gününə qədər açmasını mənə desəniz, mən sizə otuz dəst kətan paltar və otuz dəst bayram libası verəcəyəm. 13Yox, əgər tapmacanın açmasını mənə deyə bilməsəniz, onda siz mənə otuz dəst kətan paltar və otuz dəst bayram libası verməlisiniz». Ona dedilər: «Tapmacanı de, bir ona qulaq asaq». 14Şimşon onlara dedi:

«Yeyəndən bir yeməli şey çıxdı,

Güclüdən bir şirin şey çıxdı».

Üç gün ərzində onlar tapmacanı tapa bilmədilər.

15Dördüncü gün olanda Şimşonun arvadına dedilər: «Ərini başa sal ki, bizə bu tapmacanın cavabını desin, yoxsa sənin də, atanın da evini yandırarıq. Siz bizi buraya soymağa çağırmısınız?» 16Arvadı Şimşonun qarşısında ağlayıb dedi: «Əslində məndən zəhlən gedir, məni sevmirsən, ona görə də xalqımın oğullarına dediyin tapmacanın cavabını mənə açmırsan». Şimşon ona dedi: «Bax heç atama və anama da bu tapmacanın cavabını açmamışam. Sənəmi açım?» 17Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi. 18Şəhərin adamları yeddinci gün günəş batmazdan əvvəl Şimşona dedilər:

«Baldan şirini varmı?

Aslandan güclüsü varmı?»

Şimşon onlara dedi: «Əgər mənim düyəmlə kotan sürməsəydiniz, tapmacamı tapa bilməzdiniz».

19Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı. 20Şimşonun arvadını isə Şimşonu müşayiət edən sağdışlarından birinə verdilər.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Samson's Marriage and Riddle at Timnah

  • Samson's desire to marry a woman from Timnah, a town located about twenty miles west of Jerusalem, alarmed his parents. While Israel lived under Philistine dominion, marriages to Philistines were technically not among those forbidden by the Mosaic laws concerning the seven native Canaanite nations.Sources: Samson · Timnah · the Bible text itself
  • To provide the thirty changes of clothing promised in his wedding riddle, Samson traveled to Ashkelon, one of the five principal Philistine cities situated on the Mediterranean coast about twelve miles north of Gaza.Sources: Ashkelon · the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Ashkelon · Today: Tel Ashkelon · 31.664, 34.546 · verse 19

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.