Isaiah 63
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Rəbbin qüdrəti
1Edomdan, Bosradan al geyimlər geyib
Bu gələn kimdir?
Təmtəraqlı libas içində,
Böyük qüdrətlə gələn kimdir?
«O Mənəm, həqiqətlə danışan,
Qurtarmağa qadir olan».
2Nə üçün geyimlərin qırmızıdır,
Nə üçün libasın al rəngdədir,
Sanki sən üzümsıxanda üzüm sıxırdın?
3«Üzümsıxanda üzümü tək sıxdım,
Yanımda xalqlardan heç kim olmadı.
Qəzəb içində onları tapdaladım,
Qeyzlə təpiyimin altına saldım.
Qanları geyimlərimə sıçradı,
Bütün libaslarımı bulaşdırdım.
4Çünki qisas günü qəlbimdə idi,
Xalqımı satın aldığım il gəldi.
5Mən baxdım, kömək edən bir kəs yox idi,
Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım,
Onda qolum mənə zəfər gətirdi,
Qeyzim mənə dayaq oldu.
6Qəzəb içində xalqları tapdaladım,
Qeyzimi onlara içirtdim,
Qanlarını yerə axıtdım».
Rəbbin xeyirxahlığı
7Rəbbin lütfkar işlərindən,
Həmdlərə layiq əməllərindən nəql edəcəyəm.
Böyük mərhəməti və məhəbbəti naminə,
İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə,
Rəbbin bizə etdiyi bütün işlərinə görə
Onu xatırlayacağam.
8Rəbb dedi:
«Əlbəttə, onlar Mənim xalqımdır,
Məni aldatmayan övladlarımdır».
Beləcə onlara Qurtarıcı oldu.
9Onlar əziyyət çəkdikdə
O da əziyyət çəkdi.
Hüzurundan gələn mələk onları xilas etdi.
Məhəbbəti və mərhəməti ilə
Onları satın aldı.
Bütün keçmiş günlərdə onları götürüb apardı.
10Lakin İsrail üsyankar olaraq
Onun Müqəddəs Ruhunu kədərləndirdi.
Rəbb də düşməni olub
Onlara qarşı döyüşdü.
11Sonra xalq keçmiş günləri –
Rəbbin qulu Musanın dövrünü yada saldı.
Onları sürüsünün çobanları ilə birgə
Dənizdən keçirən haradadır?
Onların daxilinə
Müqəddəs Ruhunu ehsan edən,
12Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub,
Özünə əbədi ad qazandırmaq üçün
Suları qarşılarında yaran Rəbb haradadır?
13Bir at çöldə yıxılmadan çapan kimi
Onları da dərinliklərdən elə keçirən Rəbb haradadır?
14Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki,
Elə bil naxır otu bol olan dərədə otarılır.
Bəli, Sən adını şərəfləndirmək naminə
Xalqına belə yol göstərdin.
Rəhm və imdad haqqında yalvarış
15Ya Rəbb, göylərdən bax,
Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal!
Haradadır Sənin qeyrətin, gücün?
Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin.
16Sənsən Atamız.
İbrahim bizi tanımasa da,
İsrail bizim kim olduğumuzu bilməsə də,
Atamız Sənsən, ya Rəbb,
Əzəldən bəri adın «Bizi Satınalan»dır.
17Nə üçün, ya Rəbb,
Bizi yolundan azdırırsan,
Səndən qorxmayaq deyə
Qəlblərimizi inadkar edirsən?
Qullarının xatirinə,
İrsin olan qəbilələrinin xatirinə geri dön.
18Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu.
İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır.
19Əzəldən bəri heç vaxt
Hakimlik etmədiyin xalqa bənzədik,
Sanki Sənin adına bağlı xalq olmamışıq.

Did you know?
Judgment on Edom and a Prayer of Remembrance
- The chapter opens with a dramatic vision of a conqueror arriving from Bozrah, an ancient capital of the rugged, mountainous region of Edom. The imagery plays on the name Edom, which means red, picturing the figure dressed in crimson garments stained like those of a worker treading grapes in a winepress.Sources: Bozrah · Edom · Esau (Edom) · the Bible text itself
- The middle section of the chapter reflects on Israel's past, explicitly recalling the days of Moses when God divided the waters of the sea and guided the people through the depths by His Holy Spirit.Sources: Moses · the Bible text itself
- In their heartfelt plea, the people address God as their Father and Redeemer, confessing that even if their ancestral patriarchs Abraham and Israel were unable to acknowledge them, God remains their true protector.Sources: Abraham · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org