Isaiah 51
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Yerusəlimə təsəlliverici sözlər
1Ey salehliyi arayanlar, Rəbbi axtaranlar,
Məni dinləyin!
Yonulduğunuz qayaya,
Çıxarıldığınız çuxurun dərinliyinə baxın.
2Atanız İbrahimə, sizi doğan Saraya baxın!
Mən onu tək çağırdım, xeyir-dua verdim,
Nəslini artırdım.
3Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək.
Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək.
Orada sevinc və şadlıq tapacaqlar,
Şükürlər, ilahilər oxunacaq.
4Ey xalqım, Məni dinlə,
Ey ümmətim, Məni eşit!
Qanun Məndən çıxacaq,
Ədalətimi nur tək
Xalqlara ehsan edəcəyəm.
5Salehliyim yaxındır, qurtuluşum gəlir,
Xalqları Öz gücümlə mühakimə edəcəyəm.
Uzaq diyarlar Mənə bel bağlayır,
Qüvvətimə ümid edir.
6Başınızı qaldırıb göylərə nəzər salın,
Aşağıya, yer üzünə baxın.
Çünki göylər dağılacaq tüstü kimi,
Yer üzü paltar kimi köhnələcək.
Beləcə yer üzünün sakinləri də qırılacaq.
Lakin Mənim xilasım əbədidir,
Salehliyim sonsuzdur.
7Ey salehlikdən xəbərdar olanlar,
Qanunumu qəlblərində saxlayan xalq,
Mənə qulaq asın!
Adamların məzəmmətindən qorxmayın,
Onların söyüşlərindən dəhşətə düşməyin.
8Onlar güvənin yediyi paltar kimi məhv olacaq,
Qurdun yediyi yun kimi məhv olacaq.
Lakin Mənim salehliyim əbədidir,
Qurtuluşum nəsillər boyu duracaqdır.
9Qalx, qalx, güclən, ey Rəbbin qolu!
Qədim zamanlardakı kimi
Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi!
Sən Rahavı parça-parça etmədinmi?
Sən əjdahanın bədənini deşmədinmi?
10Dənizi, dərin suları Sən qurutmadınmı?
Satın alınan xalqının keçməsindən ötrü
Dənizin dərinliklərini yola çevirən
Sən deyildinmi?
11Rəbbin satın alınmış adamları qayıdacaq,
Sevinclə nəğmə deyərək Siona gələcək.
Üzlərində əbədi sevinc olacaq,
Onlar sevinc və şadlıq tapacaq,
Kədər və qəm-qüssə yox olacaq.
12Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən!
Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan
Gör sən kimsən?
13Səni yaradan, göyləri sərən,
Dünyanın təməlini qoyan Rəbbi necə unudursan?
Səni məhv etmək niyyətində olan
Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan.
Bəs hanı zülmkarın qəzəbi?
14Zəncirlərlə buxovlanmış dustaqlar
Tezliklə azadlığa çıxacaq.
Ölüm çuxuruna düşməyəcək,
Çörəkləri əskik olmayacaq.
15Allahınız Rəbb Mənəm.
Mənəm dənizi gur dalğalarla çalxalayan.
Ordular Rəbbidir Onun adı!
16Mən sözlərimi sənin ağzına qoydum,
Əlimin kölgəsində səni gizlətdim ki,
Göyləri qurum, dünyanın təməlini qoyum,
Siona “Xalqım sənsən” deyim».
Yerusəlimin əzabının sonu
17Oyan, oyan, qalx ayağa, ey Yerusəlim!
Sən ki Rəbbin əlindən
Qəzəb kasasını alıb içdin.
Sərxoşluq kasasını axıra qədər boşaltdın.
18Doğduğu bütün oğullardan ona yol göstərən,
Böyütdüyü bütün oğullardan ona əl tutan olmadı.
19Bu iki bəla sənin başına gəldi,
Dərdinə kim şərik olacaq?
Qarət, dağıntı, qıtlıq və qılınc!
Sənə necə təsəlli verim?
20Övladların taqətdən düşüb,
Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir.
Onlar tələyə düşmüş cüyür kimi
Hər küçə başında uzanıb.
21Buna görə də, ey yaralı Yerusəlim,
Şərabsız sərxoş xalq, bunu eşit!
22Xudavəndin Rəbb, Öz xalqını müdafiə edən
Allahın belə deyir:
«Budur, sərxoşluq kasasını əlindən almışam.
Qəzəbimin kasasından artıq içməyəcəksən.
23Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm.
Axı onlar sənə belə dedi:
“Uzan yerə, üstündən keçək”.
Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər».

Did you know?
Comfort for Zion and the Memory of Origins
- Isaiah 51 urges listeners who seek the Lord to look back to their ancestral roots in Abraham and Sarah. The text recalls how Abraham was called as a single individual before God blessed and multiplied his descendants.Sources: the Bible text itself · Abraham · Sarah
- In verse 9, the name Rahab is a poetic designation applied to Egypt, signifying pride or insolence. The passage evokes God striking this symbolic monster and drying the sea waters during the exodus as a sign of power to redeem captives.Sources: the Bible text itself · Rahab
- The prophecy compares the future renewal of ruined Zion to the lush wilderness of Eden, the garden of the Lord. The text assures Jerusalem that the cup of suffering will be taken from her hands and placed into the hands of her oppressors.Sources: the Bible text itself · Zion · Eden · Jerusalem
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Zion · Today: Jerusalem · 31.777, 35.234 · verses 3, 11, 16
- Egypt · 30.129, 31.308 · verse 9
- Nile · Today: Nile River · 31.465, 30.367 · verse 9
- Jerusalem · 31.777, 35.234 · verse 17
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org