Isaiah 44
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Rəbb yeganə Allahdır
1İndi isə, ey qulum Yaqub nəsli,
Seçdiyim İsrail, qulaq as!
2Səni yaradan, ana bətnində quruluş verən,
İmdadına çatan Rəbb belə deyir:
“Qorxma, ey qulum Yaqub nəsli,
Ey seçdiyim Yeşurun!
3Susamış torpağı sulayacağam,
Quru torpağa sellər axıdacağam,
Övladlarına Ruhumu ehsan edəcəyəm,
Nəslinə xeyir-duamı verəcəyəm.
4Onlar otlar arasında,
Axar sular kənarında,
Söyüd ağacları kimi boy atacaq.
5Biri ‹Mən Rəbbinəm› deyəcək,
O birisi Yaqubun adı ilə çağırılacaq.
Digəri də əlinə ‹Rəbbin quluyam› deyə yazacaq,
İsrail adını üzərinə götürəcək”».
6Rəbb, İsrailin Padşahı, Satınalanı,
Ordular Rəbbi belə deyir:
«Mən birinciyəm, Mən sonuncuyam,
Məndən başqa Allah yoxdur.
7Mənə bənzəyən varmı? Xəbər versin.
Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri,
Bundan sonra olduqlarını danışıb nəql etsin,
Bəli, gələcək hadisələri bildirin!
8Qorxmayın, dəhşətə gəlməyin,
Mən sizə əzəldən bəri bunu söyləyib danışmadımmı?
Siz Mənim şahidlərimsiniz!
Məndən başqa Allah varmı?
Başqa Qaya yoxdur.
O birilərini tanımıram».
Bütlərə səcdə edənlər xəcalət çəkəcək
9Bütləri düzəldən adamlar puçdur,
Zövq aldıqları əşyalardan heç bir xeyir yoxdur.
Bütlərə qulluq edənlər heç bir şey görmür,
Heç bir şey bilmir,
Onlar axırda xəcalət içində olacaq.
10Kim istəyər fayda verməyən allah düzəltsin,
Tökmə büt yaratsın?
11Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq.
Ustalar isə özləri də insandır,
Qoy onların hamısı toplaşıb məhkəmədə dursun,
Dəhşətə düşüb birlikdə xəcalət çəksin.
12Dəmirçi alətini götürüb,
Kömürün odunda işləyir,
Çəkiclə dəmirə ölçü verir,
Güclü əli ilə üstündə çalışır.
Onda ac qalır, taqətdən düşür,
Susuz qalıb üzülür.
13Dülgər iplə ölçür,
Ağacı tabaşirlə nişanlayır,
Rəndələyir, istənilən şəklə salır,
Pərgarla dairə çəkir,
İnsan surəti verir,
İnsan gözəlliyinə bənzər düzəldərək
Evinə qoymaq üçün bir büt yaradır.
14İnsan özü üçün sidr ağacları kəsir,
Şam ağacını, palıd ağacını seçir.
Meşədə özü üçün bir ağac götürür,
Küknar ağacı əkir və yağış onu böyüdür.
15Sonra ağac oduna işlənir.
İnsan gətirdiyi odunla həm isinir,
Həm sobanı yandırır, çörək bişirir.
Həm də özünə bir allah düzəldir,
Düzəltdiyi bütün qarşısında səcdə edir,
Yerə sərilir.
16Odunun bir hissəsini yandırır,
Alovunda ət qızardır,
Qarnını doyuraraq, isinib deyir:
«Ah, isindim, odun istisini hiss etdim!»
17Ağacın qalığından özünə allah,
Bir oyma büt düzəldib
Qarşısında yerə sərilir, səcdə edir.
Bu bütə dua edib yalvarır:
«Məni xilas et, çünki sənsən mənim allahım!»
18Onlar bilmir, dərk etmir,
Çünki gözləri də, zehinləri də elə bağlıdır ki,
Görməzlər, anlamazlar.
19Buna fikir vermirlər, bilmirlər,
Dərk etmirlər ki, belə desinlər:
«Odunun bir hissəsini yandırdım,
Közündə də çörək bişirdim, ət qızartdım, yedim.
Qalığından bir murdar şey düzəldimmi?
Bir parça taxtanın qarşısında yerə sərilimmi?
20Bu, kül yemək kimi boş işdir,
Aldanmış ürəkləri onları yoldan azdırır,
Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?»
Rəbb Yaradan və Xilaskardır
21«Ey Yaqub nəsli,
Dediyim sözləri xatırla,
Çünki sən qulumsan, ey İsrail,
Mən səni yaratdım, sən Mənim qulumsan,
Səni unutmaram, ey İsrail!
22Üsyankarlığını bulud kimi dağıtdım,
Günahlarını duman kimi sildim,
Mənə tərəf dön,
Çünki Mən səni satın aldım».
23Tərənnüm edin, ey göylər,
Çünki bunu edən Rəbdir.
Çığırın, ey torpağın dərinlikləri,
Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar,
Sevincdən haray çəkin,
Çünki Rəbb Yaqub nəslini satın aldı,
İsraildə izzətini aşkar etdi.
24Səni Satınalan,
Ana bətnində quruluş verən Rəbb deyir:
«Bütün şeyləri yaradan, göyləri təkcə yayan,
Təkbaşına yer üzünü sərən,
25Yalançı peyğəmbərlərin möcüzələrini boşa çıxaran,
Falçıları ifşa edən,
Müdrikləri geri qaytaran,
Onların biliyini heçə çevirən,
26Qulunun sözlərini icra edən,
Elçilərinin sözlərini gerçək edən,
Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”,
Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq,
Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm.
27Dərin sulara “Quru! Mən çaylarını qurudacağam” söyləyən,
28Kir haqqında “o, çobanımdır,
Xoşuma gələnlərin hamısını həyata keçirəcək”,
Yerusəlim haqqında “yenidən qurulacaq”,
Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm».
Did you know?
The True God, False Idols, and Cyrus
- Isaiah 44 contains a detailed critique of idolatry, illustrating the irony of crafting deities from wood. A carpenter cuts down a tree and burns half of it to bake bread, roast meat, and keep warm, while carving the remaining portion into an image and praying to it for deliverance.Sources: the Bible text itself
- The chapter concludes with a specific prophecy naming Cyrus as God's shepherd who would command the rebuilding of Jerusalem and the laying of the temple's foundations. Cyrus, king of Persia, conquered Babylon in 538 BC and issued the historical decree permitting the Jews to return and rebuild.Sources: Cyrus · the Bible text itself
- God addresses the people using both the ancestral names Jacob and Israel, as well as the title Jeshurun. Despite the flawed human beginnings traced back to the patriarch Jacob, the text assures them that God will blot out their sins like a cloud and pour His Spirit on their descendants.Sources: Jacob (Israel) · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org