Hebrews 7
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Kahin Melkisedeq
1Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. 2İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır. 3O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır.
4Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi. 5Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər. 6Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. 7Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər. 8Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır. 9Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi. 10Çünki Melkisedeq İbrahimin pişvazına çıxanda Levi hələ əcdadının belində idi.
Yeni kahinlik nizamı
11Beləliklə, əgər kamillik Levililərin kahinliyi vasitəsilə əldə edilsəydi – çünki xalq bu kahinliyə əsasən Qanunu alıb – Harun vəzifəli deyil, Melkisedeq vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı? 12Çünki kahinlik dəyişiləndə Qanunun da dəyişilməsinə ehtiyac var. 13Haqqında bu sözlər deyilən Adam başqa bir qəbiləyə mənsubdur və bu qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir. 14Axı Rəbbimizin Yəhuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi. 15Melkisedeqə bənzər başqa bir Kahinin təyin edilməsi bunu daha da aydın göstərir. 16O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu. 17Çünki
«Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən»
deyə şəhadət olunur. 18Bundan əvvəlki əmr zəif və yararsız olduğuna görə ləğv olunur. 19Çünki Qanun heç bir şeyi kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir.
20Bu kahinlik isə andsız olmadı. O biri kahinlər andsız kahin oldu. 21Lakin İsa Ona
«Rəbb and içdi, qərarını dəyişməz:
“Sən əbədi bir Kahinsən”»
deyən Allah vasitəsilə andla kahin oldu. 22Buna görə İsa daha yaxşı Əhdin zəmanətçisi oldu.
23Bununla belə, həmin kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. 24Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. 25Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
Yeni Əhdin Baş Kahini
26Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun. 27O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyil. Çünki Özünü qurban verməklə bunu birdəfəlik etdi. 28Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi.

Did you know?
Melchizedek and a priesthood without end
- The story of Melchizedek is limited to his meeting with Abraham in Genesis; the Old Testament mentions him again only in Psalm 110. Hebrews explains his name as “king of righteousness,” and “king of Salem” as “king of peace.” Salem, a name meaning peace, is commonly supposed to be another name for Jerusalem.Sources: Melchisedec · Salem · the Bible text itself
- Hebrews argues that Melchizedek was greater than Abraham: Abraham gave him a tenth of the plunder, and Melchizedek blessed the man who held the promises. Levi, Jacob’s third son and ancestor of the priests who later collected the tenth, was not yet born; the letter says that, so to speak, he paid that tenth while still in Abraham.Sources: the Bible text itself · Levi (patriarch) · Melchisedec
- The priests whom the law commanded to collect the tenth belonged to the line of Aaron, the eldest son of Amram and of Jochebed, a daughter of Levi. Hebrews contrasts that hereditary order with Jesus, whom the letter says descended from Judah, a tribe about which Moses said nothing concerning priests.Sources: Aaron · the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org