Nations Bible

Ezekiel 8

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Rəbbin məbədində bütpərəstlik

1Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi. 2Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı. 3O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu. 4Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi.

5O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir. 6O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».

7O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var. 8O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var. 9O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör». 10Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib. 11İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı. 12O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir». 13O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».

14O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub. 15O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən».

16O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi. 17O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir. 18Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam».

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Idolatry Revealed in the Jerusalem Temple

  • While sitting in his home among the exiled elders of Judah, Ezekiel experienced a vision in which he was lifted between earth and heaven and transported directly to the temple in Jerusalem.Sources: the Bible text itself · Jerusalem
  • In the hidden chambers of the temple court, Ezekiel was shown seventy elders of Israel—including Jaazaniah son of Shaphan—burning incense before wall carvings of crawling creatures and detestable beasts.Sources: the Bible text itself · Jaazaniah · Shaphan
  • The vision details various foreign religious practices within the sacred precincts, including women mourning for the deity Tammuz at the north gate and twenty-five men turning their backs on the temple to bow toward the rising sun in the east.Sources: the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Jerusalem · 31.777, 35.234 · verse 3

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.