Ezekiel 41
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
1Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı darvazanın yan taxtalarını ölçdü: yan taxtaların eni hər tərəfdən altı qulac idi. 2Girişinin eni on qulac, ona hər iki tərəfdən bitişən hər divarının eni isə beş qulac idi. O adam məbədin əsas hissəsini də ölçdü: uzunluğu qırx, eni iyirmi qulac idi.
3Sonra o, iç otağa girib girişin yan taxtalarını ölçdü: hər birinin eni iki qulac idi. Girişin eni altı qulac, ona hər iki tərəfdən bitişən divarların eni yeddi qulac idi. 4O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü: həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs yerdir» dedi.
5Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin ətrafındakı yan otaqlardan hər birinin eni dörd qulac idi. 6Bu yan otaqlar üç mərtəbə idi, hər mərtəbədə otuz otaq var idi. Məbədin divarları boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki, dayaqlar məbəd divarlarına girməsin. 7Məbədin ətrafındakı yan otaqlar yuxarı mərtəbəyə tərəf çıxdıqca genişlənirdi. Məbədin ətrafındakı tikilinin yuxarıya qalxan bir pilləkəni var idi. Yuxarıya doğru çıxdıqca yan otaqlar genişlənirdi. Pilləkənlə aşağı mərtəbədən orta mərtəbəyə, oradan da üst mərtəbəyə çıxırdılar.
8Məbədin ətrafında yan otaqların bünövrəsini təşkil edən uca bir döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi. 9Yan otaqların bayır divarının qalınlığı beş qulac idi. Məbədin yan otaqları ilə kahin otaqları arasında açıq bir sahə var idi. 10Məbədin ətrafı boyunca uzanan sahənin eni iyirmi qulac idi. 11Yan otaqların girişləri açıq sahəyə baxırdı: biri şimalda, o biri isə cənubda idi. Açıq sahəyə bitişən bünövrənin eni hər tərəfdən beş qulac idi.
12Məbədin qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş qulac idi. Divarının qalınlığı hər tərəfdən beş qulac, uzunluğu doxsan qulac idi.
13Sonra o adam məbədi ölçdü: uzunluğu yüz qulac idi. Açıq sahə, tikili və onun divarları yüz qulac uzunluğunda idi. 14Şərqdəki məbədin açıq sahəsinin eni məbədin ön tərəfi ilə birgə yüz qulac idi.
15O adam məbədin arxasındakı açıq sahəyə baxan tikilinin və hər iki tərəfindəki dəhlizlərin uzunluğunu ölçdü: yüz qulac idi. Məbədin əsas hissəsi, iç otaq, həyətə baxan eyvan, 16darvaza astanaları, qəfəsli pəncərələr, astananın qarşısında üç mərtəbəni əhatə edən dəhlizlər döşəmədən pəncərələrə qədər ağacla örtülmüşdü. Pəncərələr açılıb-bağlanırdı.
17Girişin üstü, iç otaq, onun bayırı, bütün içəri və bayır divarlar nizamlı aralıqlarla, 18keruv və xurma ağacı oyma təsvirləri ilə düzəldilmişdi. İki keruv arasında bir xurma ağacı təsviri var idi. Hər keruvun iki üzü var idi: 19bir yandan xurma ağacına baxan insan üzü, o biri yandan xurma ağacına baxan şir üzü. Məbəd başdan-başa bu oyma təsvirləri ilə bəzənmişdi. 20Döşəmədən girişin üstündəki hissəyə qədər məbədin əsas hissəsinin divarları keruv və xurma ağaclarının oyma təsvirləri ilə düzəldilmişdi.
21Əsas hissənin qapısının yan taxtaları dördbucaqlı şəklində idi. Ən Müqəddəs yerin önündəki qapının yan taxtaları da bunlara bənzəyirdi. 22Orada üç qulac hündürlüyündə, iki qulac uzunluğunda, iki qulac enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri, altlığı və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa budur» dedi. 23Əsas hissənin və Ən Müqəddəs yerin cüt qanadlı qoşa qapısı var idi. 24Hər qapının iki tərəfə iki qanadı var idi: bir qapı üçün iki qanad, o biri qapı üçün iki qanad. 25Divarlar üzərində olduğu kimi əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma təsvirləri düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan var idi. 26Eyvanın yan divarlarındakı qəfəsli pəncərələrin hər iki tərəfi xurma ağaclarının oyma təsvirləri ilə örtülmüşdü. Məbədin yan otaqları ilə asma tavanları da bu cür idi.

Did you know?
The Interior of the Visionary Temple
- The sanctuary in Ezekiel's vision is divided into two main sections: an outer sanctuary measuring forty cubits by twenty cubits, and an inner room measuring twenty cubits square, identified as the Most Holy Place.Sources: the Bible text itself · Most Holy Place
- The interior walls and double doors were paneled in wood and carved with alternating palm trees and cherubim. Each cherub was depicted with two faces: the face of a human looking toward one palm tree and the face of a young lion toward the other.Sources: the Bible text itself
- Three tiers of side chambers surrounded the temple, with thirty rooms on each level. The structures rested on external ledges so that structural supports did not have to be fastened directly into the sacred temple wall itself.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Most Holy Place · Today: on Mount Moriah · 31.778, 35.236 · verse 4
- Holy Place · Today: on Mount Moriah · 31.778, 35.236 · verses 21, 23
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org