Nations Bible

Ezekiel 11

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Allahın cəzası

1Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm. 2Rəbb mənə dedi: «Ey bəşər oğlu, pis şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar bunlardır. 3Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir. 4Buna görə də onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et».

5Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm. 6Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”. 7Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz ölülər ət, şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam. 8Siz qılıncdan qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 9“Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. Sizi beləcə cəzalandıracağam. 10Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 11Bu şəhər sizə qazan olmayacaq, siz də onun içində ət olmayacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. 12Onda biləcəksiniz ki, Rəbb Mənəm. Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, ətrafınızda olan millətlərin hökmlərinə görə davrandınız”».

13Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?»

14Onda mənə Rəbbin bu sözü nazil oldu: 15«Öz qohum-əqrəbana, qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk olaraq bizə verildi”. 16Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs məkan oldum”. 17Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm. 18Oraya qayıdanda bütün mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər. 19Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki, 20qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim xalqım, Mən də onların Allahı olacağam. 21Ancaq ürəkləri öz mənfur və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».

22Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. 23Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı. 24Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə, sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu. 25Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Judgment on Jerusalem and Hope for the Exiles

  • At the east gate of the temple in Jerusalem, Ezekiel saw twenty-five leaders, including Jaazaniah son of Azzur and Pelatiah son of Benaiah, offering wicked counsel and claiming the city would protect them like a cooking pot. While Ezekiel was delivering God's message of judgment, Pelatiah died suddenly, prompting the prophet to mourn and plead for the remnant of Israel.Sources: the Bible text itself · Pelatiah · Jaazaniah · Azur
  • While the inhabitants remaining in Jerusalem claimed the exiled community was rejected and far from the LORD, God announced that he would be a sanctuary for the exiles among the nations. He promised to gather them, remove their heart of stone, and grant them a heart of flesh obedient to his statutes.Sources: the Bible text itself
  • Ezekiel watched the cherubim spread their wings as the glory of the LORD departed from the midst of Jerusalem and rested over the mountain to the east. The vision concluded as the Spirit carried Ezekiel back to the exiles in Chaldea, where he reported everything he had seen.Sources: the Bible text itself · Chaldea · Jerusalem

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • East Gate · Today: in Jerusalem · 31.777, 35.234 · verse 1
  • Jerusalem · 31.777, 35.234 · verses 9, 15, 24
  • Chaldea · 30.962, 46.104 · verse 24

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.