Nations Bible

Esther 8

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Yəhudilərin padşah tərəfindən müdafiəsi

1Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi. 2Padşah Hamandan geri aldığı üzüyü çıxarıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu.

3Bundan sonra Ester yenə də padşaha müraciət etdi. Onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, Aqaqlı Hamanın Yəhudilərə qarşı qərəzlə qurduğu qəsdi qüvvədən salsın. 4Padşah qızıl əsasını Esterə uzatdı. Ester ayağa qalxıb padşahın hüzurunda durdu. 5Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın. 6Axı xalqımın başına gələn bu müsibətə necə dözüm? Görəndə ki qohumlarım qırılır, necə dözüm?» 7Padşah Axaşveroş mələkə Esterə və Yəhudi Mordokaya dedi: «Budur, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından asdırmışam, çünki Yəhudilərin qəsdinə əl uzadıb. 8Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin».

9Elə o zaman üçüncü ay olan Sivan ayının iyirmi üçündə padşahın mirzələri çağırıldı. Mordokayın Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayətdəki Yəhudilərə, canişinlərə, valilərə, rəislərə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, habelə Yəhudilərə də öz yazı və dillərində göndərildi.

10Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi. 11Bu məktublara görə padşah hər şəhərdə yaşayan Yəhudilərə izin verdi ki, yığılıb öz canlarını qorusunlar. Onlara, arvad və uşaqlarına hücum edən hər millətin yaxud hər vilayətin silahlı dəstələrini tamamilə qırıb öldürərək yox etsinlər, əmlaklarını isə talan etsinlər. 12Padşah Axaşveroşun bütün vilayətlərində bu iş üçün müəyyən olunmuş gün, on ikinci ay olan Adar ayının on üçü idi. 13Bu fərmanın surəti hər vilayətdə dəst-xətlə yazılmalı və bütün xalqlara elan olunmalı idi ki, Yəhudilər həmin gün öz düşmənlərindən qisas almağa hazır olsun. 14Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı.

15Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı. 16Artıq Yəhudilərin arasında şadlıq, sevinc, fərəh və təntənə var idi. 17Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdısa, orada Yəhudilər üçün sevinc, fərəh, ziyafət və şənlik günü olurdu. Ölkənin xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldu.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

A Royal Counter-Decree and Mordecai’s Elevation

  • Under Persian custom, an official decree written in the king's name and sealed with the royal signet ring could not be revoked. Because Haman's previous decree could not be cancelled, King Ahasuerus permitted Esther and Mordecai to write a new decree authorizing the Jews throughout the empire to assemble and defend themselves.Sources: the Bible text itself · Ahasuerus
  • The Persian Empire at this time encompassed 127 provinces, stretching from India—the region surrounding the Indus River—to Cush or Ethiopia, south of Egypt. Royal scribes translated Mordecai's decree into the distinct script and language of each province, which couriers then carried on swift royal horses.Sources: the Bible text itself · India · Ethiopia
  • Mordecai was granted the king's signet ring previously held by Haman and was placed in charge of Haman's estate. When the decree was published, he emerged from the king's presence in royal garments of blue and white, wearing a large gold crown and a purple robe, prompting rejoicing throughout Susa.Sources: the Bible text itself · Mordecai · Susa

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Ethiopia · 16.935, 33.751 · verse 9
  • India · 23.994, 67.431 · verse 9
  • Susa · Today: Shush · 32.189, 48.258 · verses 14, 15

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.