Ephesians 5
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
1Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. 2Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
3Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. 4Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. 5Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq.
Nurda gəzin
6Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. 7Buna görə də onların şəriki olmayın. 8Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. 9Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. 10Rəbbi razı salan şeyləri ayırd edin, 11qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. 12Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. 13Nurun ifşa etdiyi hər şey aşkardır, 14bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir:
«Ey yatan, oyan və ölülər arasından diril!
Məsih sənin üzərinə nur saçacaq».
15Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. 16Hər fürsətdən istifadə edin, çünki günlər şərdir. 17Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. 18Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. 19Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. 20Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Evdə olan münasibətlər
21Məsih qorxusu ilə bir-birinizə tabe olun.
22Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. 23Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. 24Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
25Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. 26Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 27və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. 28Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 29Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. 30Axı biz Onun bədən üzvləriyik.
31«Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
32Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. 33Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.

Did you know?
Love, light, and the household
- Ephesians 5 opens by calling readers to imitate God as beloved children and to walk in love, just as Christ loved them and gave himself up for them as a fragrant sacrificial offering to God.Sources: the Bible text itself
- The chapter says its readers were once darkness but are now light in the Lord, and that the fruit of the light is all goodness, righteousness, and truth. It also cites a saying that calls the sleeper to wake and rise from the dead, promising that Christ will shine on that person.Sources: the Bible text itself
- A call to submit to one another out of reverence for Christ introduces the instructions for wives and husbands. Husbands are told to love their wives as Christ loved the church and gave himself up for her, and the chapter calls the union of husband and wife a profound mystery concerning Christ and the church.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org