Deuteronomy 14
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Qadağan olan matəm ənənəsi
1Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın. 2Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi.
Əti yeyilən və yeyilməyən heyvanlar
3Murdar şeylər yeməyin. 4Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, 5maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. 6Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. 7Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. 8Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.
9Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. 10Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.
11Bütün pak quşların ətindən yeyə bilərsiniz. 12Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, 13çalağan, şahin, bütün çalağan cinsindən olanlar, 14bütün qarğa cinsindən olanlar, 15dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, 16yapalaq, böyük bayquş, ağ bayquş, 17qutan, leş kərkəsi, qarabatdaq, 18leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. 19Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. 20Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.
21Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.
Ondabir hissəyə aid qayda
22İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın. 23Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin. 24Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa, 25o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin. 26Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin. 27Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur.
28Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. 29Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.

Did you know?
Dietary Regulations and Tithe Provisions
- The dietary laws in Deuteronomy 14 distinguish clean from unclean land animals based on two physical criteria: having completely divided hooves and chewing the cud. Aquatic creatures were considered clean for consumption only if they possessed both fins and scales.Sources: the Bible text itself
- To accommodate families who lived far from the designated sanctuary, the law allowed agricultural tithes to be converted into silver for travel. Upon arriving at the central sanctuary, worshippers could use the money to purchase festive food and drink to celebrate with their households.Sources: the Bible text itself
- Every third year, the annual tithe was gathered and stored within local towns rather than taken to the central sanctuary. This food was set aside to support community members without land inheritances, specifically Levites, resident foreigners, orphans, and widows.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org