Nations Bible

Acts 27

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Paul Romaya doğru yola çıxır

1İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər. 2Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. 3Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin. 4Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik. 5Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik. 6Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi. 7Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik. 8Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq.

9Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək 10dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək». 11Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu. 12Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi.

Fırtına

13Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər. 14Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu. 15Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı. 16Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik. 17Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı. 18Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar. 19Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar. 20Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı.

21Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz. 22İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. 23Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: 24“Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”. 25Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq. 26Amma bizə bir adaya düşmək lazımdır».

Gəmi quruda oturur

27On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. 28Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır. 29Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər. 30Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. 31Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz». 32Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar.

33Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız. 34Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq». 35Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı. 36Bundan hamı ürəklənib yemək yedi. 37Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik. 38Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər.

39Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada oturtsunlar. 40Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər. 41Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı. 42Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın. 43Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər, 44sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Storm and Shipwreck on the Way to Rome

  • Paul and the other prisoners did not sail straight to Italy. At Caesarea they boarded a ship of Adramyttium, a city on the coast of Mysia in Asia Minor, bound for ports along the coast of Asia, a name Easton's Bible Dictionary takes in this verse as probably Asia Minor, and that ship carried them only as far as Myra in Lycia. There the centurion put them aboard an Alexandrian ship sailing for Italy; the dictionary notes that it was rare for a ship to sail from any port of Palestine direct to Italy.Sources: Adramyttium · Asia · the Bible text itself
  • The prisoners were handed over to Julius, a centurion of the Imperial Regiment. Easton's Bible Dictionary identifies him as centurion of the Augustan cohort, or the emperor's body-guard, and describes his courteous regard for Paul. At Sidon, about twenty-five miles north of Tyre, he let Paul visit friends and receive care; later he blocked the soldiers' plan to kill the prisoners so that Paul's life would be spared.Sources: Julius · Sidon · the Bible text itself
  • After Cnidus the ship worked along Crete, one of the largest islands in the Mediterranean, about 140 miles long and 35 broad, which Paul visited on this voyage to Rome. The account says the voyage had already become dangerous because it was after the Fast, and Fair Havens was unsuitable for wintering. One chronology dates the start of the journey to Rome to AD 56 and the shipwreck in the storm to AD 57.Sources: Crete · Journey to Rome begins · Paul is shipwrecked by a storm · the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Italy · 41.892, 12.485 · verses 1, 6
  • Adramyttium · Today: Oren · 39.501, 26.933 · verse 2
  • Asia · 38.400, 28.300 · verse 2
  • Thessalonica · Today: Thessaloniki · 40.638, 22.946 · verse 2
  • Sidon · Today: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · verse 3
  • Cyprus · 35.000, 33.000 · verse 4
  • Cilicia · 36.913, 34.892 · verse 5
  • Lycia · 36.733, 29.900 · verse 5
  • Myra · 36.259, 29.985 · verse 5
  • Pamphylia · 37.000, 31.000 · verse 5
  • Alexandria · 31.183, 29.896 · verse 6
  • Cnidus · 36.686, 27.375 · verse 7
  • Crete · 35.310, 24.893 · verses 7, 8, 12, 13, 14, 21
  • Salmone · Today: Cape Sideros · 35.316, 26.312 · verse 7
  • Fair Havens · Today: Kaloi Limenes · 34.930, 24.800 · verses 8, 12
  • Lasea · Today: Lasaea · 34.941, 24.811 · verse 8
  • Cauda · Today: Gavdos · 34.833, 24.083 · verse 16
  • Syrtis · Today: Sidra · 31.500, 18.000 · verse 17
  • Adriatic Sea · Today: Adriatic and Ionian Seas · 38.000, 19.000 · verse 27

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.