Acts 24
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Paul vali Feliksin qarşısında
1Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı. 2Paul çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları 3hər yerdə, hər zaman dərin minnətdarlıqla qəbul edirik. 4Vaxtınızı çox almaq istəmirəm. Rica edirəm, lütfkarlığınla bizi bir qədər dinlə. 5Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani təriqətinin başçılarındandır. 6Bu insan hətta məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq. 7Onu istintaq etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən». 9Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə qoşuldu.
10Vali Paula işarə verəndə o cavab verdi: «Bilirəm ki, sən neçə illərdir bu millətin hakimisən. Buna görə sənin qarşında özümü müdafiə etməyimə sevinirəm. 11Sən özün də öyrənə bilərsən ki, ibadət etmək məqsədi ilə Yerusəlimə gedişimdən bu yana sadəcə on iki gün keçib. 12Bu adamlardan heç biri görməyib ki, mən məbəddə, sinaqoqlarda yaxud şəhərin hansısa bir yerində kiminləsə mübahisə edim və yaxud camaatı təşvişə salım. 13Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər. 14Lakin ata-babalarımızın Allahına onların təriqət adlandırdığı İsa yolunun ardıcılı olaraq ibadət etdiyimi sənin qarşında iqrar edirəm. Qanunda olan və Peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram. 15Eyni ilə bu adamların qəbul etdikləri kimi həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid bəsləyirəm. 16Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram. 17Uzun illərdən sonra millətimə yardım və hədiyyələr vermək üçün Yerusəlimə gəldim. 18Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi. 19Lakin Asiya vilayətindən bəzi Yəhudilər orada idi. Onlar buraya – sənin hüzuruna gəlməli və məndən şikayətləri varsa, ittihamlarını göstərməlidirlər. 20Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar. 21Onların qarşısında dayananda nida edərək belə demişdim və yalnız bunda mənim haqsız olduğumu hesab edə bilərlər: “Bu gün mən ölülərin dirilməsi məsələsinə görə önünüzdə mühakimə olunuram”».
22İsa yolu barədə dəqiq məlumatı olan Feliks bu işi təxirə salıb dedi: «İşiniz barədə minbaşı Lisiya gələndən sonra qərarımı verəcəyəm». 23Oradakı yüzbaşıya əmr verdi ki, Paulu nəzarət altında saxlasın, lakin sərbəstlik versin və ona xidmət edən dostlarına maneçilik yaratmasın.
24Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı. 25Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam». 26Digər tərəfdən də Pauldan rüşvət umurdu. Ona görə tez-tez Paulu yanına çağırtdırır və onunla söhbət edirdi.
27İki il keçəndən sonra Feliks öz vəzifəsini Porki Festə təhvil verdi. Feliks Yəhudilərin rəğbətini qazanmaq üçün Paulu həbsdə qoyub getdi.

Did you know?
Paul before Felix
- The high priest Ananias came down with some elders and a lawyer named Tertullus, whom Easton's Bible Dictionary describes as a Roman advocate employed by the Jews to state their case against Paul before Felix. Tertullus praised the governor and then called Paul a pestilence who stirred up dissension among the Jews all over the world, a ringleader of the sect of the Nazarenes, and a man who had tried to desecrate the temple. The dictionary links that opening praise with Felix's clearing the country of bandits and impostors.Sources: the Bible text itself · Tertullus · Felix
- Felix, who was well informed about the Way, adjourned the hearing and kept Paul under guard, while allowing him some freedom and letting friends meet his needs. The account says he hoped Paul would offer a bribe and so sent for him often; Easton's Bible Dictionary likewise says he appears to have expected a bribe and therefore held several interviews with him. After two years Porcius Festus succeeded him—Easton's Bible Dictionary (1897) dates that appointment to A.D. 60—and, wishing to do the Jews a favor, Felix left Paul in prison.Sources: the Bible text itself · Felix · Portius Festus
- Several days later Felix returned with his wife Drusilla, who was Jewish, and listened as Paul spoke about faith in Christ Jesus and about righteousness, self-control, and the coming judgment; Felix became frightened and sent him away. Easton's Bible Dictionary (1897) identifies Drusilla as the third and youngest daughter of Herod Agrippa I and says Felix induced her to leave her husband, Azizus, king of Emesa. The same entry says that she and her son perished in the eruption of Mount Vesuvius in A.D. 79.Sources: the Bible text itself · Drusilla
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Caesarea · Today: Caesarea Maritima · 32.500, 34.892 · verse 1
- Jerusalem · 31.777, 35.234 · verses 11, 17
- Asia · 38.400, 28.300 · verse 18
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org