Nations Bible

Acts 16

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Timotey Paul və Sila ilə

1Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi. 2Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi. 3Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. 4Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər. 5Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı.

Paulun Makedoniyalı adam barədə görüntüsü

6Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər. 7Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi. 8Ona görə Misiyadan keçib Troasa getdilər. 9O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!» 10Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır.

Filipidə

11Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik. 12Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq. 13Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq. 14Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi. 15Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi.

16Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi. 17O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər». 18Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı.

19Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər. 20Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar. 21Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar». 22Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər. 23Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar. 24Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı.

25Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. 26Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. 27Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. 28Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!» 29Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi. 30Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» 31Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız». 32Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. 33Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu. 34Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.

35Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et». 36Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin». 37Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!» 38Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular 39və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. 40Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

From Lystra to Philippi

  • At Lystra, Paul met Timothy, a disciple of whom the brothers in Lystra and Iconium spoke well, the son of a believing Jewish woman and a Greek father. Wanting him as a companion, Paul had him circumcised on account of the Jews there, who knew that his father was Greek. Easton's Bible Dictionary (1897) says Timothy probably lived in Lystra and seems to have been converted during Paul's earlier visit.Sources: the Bible text itself · Timotheus
  • After being kept from speaking in the province of Asia, Paul and his companions traveled through Phrygia and Galatia. At the border of Mysia they were not permitted to enter Bithynia, so they went down to Troas, Mysia's chief port on the northwest coast of Asia Minor, a city named for ancient Troy about four miles to the north. There a night vision of a man of Macedonia pleading for help led them to sail to that Roman province north of Greece.Sources: the Bible text itself · Mysia · Troas · Macedonia
  • In the Roman colony of Philippi, Paul and his companions found a customary place of prayer by the river outside the city gate, where women had gathered. Among them was Lydia, a dealer in purple cloth from Thyatira and a worshiper of God; after she and her household were baptized, she persuaded the travelers to stay at her house. Easton's Bible Dictionary (1897) describes her as a proselyte of considerable wealth and as the first person in Europe to embrace Christianity.Sources: the Bible text itself · Lydia

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Lystra · Today: Tel Lystra · 37.602, 32.338 · verses 1, 2
  • Iconium · Today: Konya · 37.872, 32.492 · verse 2
  • Jerusalem · 31.777, 35.234 · verse 4
  • Asia · 38.400, 28.300 · verse 6
  • Galatia · 39.267, 32.983 · verse 6
  • Phrygia · 39.000, 31.000 · verse 6
  • Bithynia · 40.500, 31.000 · verse 7
  • Mysia · 40.000, 28.500 · verses 7, 8
  • Troas · Today: Alexandria Troas · 39.752, 26.159 · verses 8, 11
  • Greece · 37.972, 23.727 · verse 9
  • Macedonia · 41.600, 22.540 · verses 9, 10, 12
  • Neapolis · Today: Kavala · 40.935, 24.415 · verse 11
  • Samothrace · Today: Samothraki · 40.450, 25.583 · verse 11
  • Philippi · 41.012, 24.285 · verse 12
  • Thyatira · Today: Akhisar · 38.920, 27.837 · verse 14

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.