Nations Bible

Acts 13

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

1Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul. 2Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın». 3Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydular və onları yola saldılar.

Kiprdə

4Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya getdilər və oradan da gəmi ilə Kiprə getdilər. 5Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi. 6Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər. 7Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi. 8Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. 9Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib 10dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi? 11İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin. 12Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.

Pisidiyada olan Antakya

13Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. 14Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular. 15Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin».

16Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın. 17Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı. 18Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü. 19Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi. 20Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. 21Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi. 22Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. 23Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. 24İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. 25Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.

26Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib. 27Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. 28Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər. 29Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular. 30Lakin Allah Onu ölülər arasından diriltdi. 31İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir.

32Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, 33Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb:

“Sən Mənim Oğlumsan,

Mən bu gün Sənə Ata oldum”.

34Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”. 35Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”. 36Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi. 37Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi.

38Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq, 39iman edən hər kəs bu İnsanda saleh sayılacaq. 40Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin:

41“Baxın, siz ey xor baxanlar,

Mat qalın və yox olun.

Sizin vaxtınızda elə işlər görəcəyəm ki,

Sizə danışsaydılar, inanmazdınız”».

42Paulla Barnaba sinaqoqdan çıxarkən camaat onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar. 43Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.

44Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. 45İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. 46Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. 47Çünki Rəbbin bizə əmri belə idi:

“Səni millətlərə nur etmişəm ki,

Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».

48Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. 49Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. 50Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular. 51Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər. 52Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

The mission sent from Antioch

  • Easton's Bible Dictionary (1897) describes Antioch in Syria as ranking third, after Rome and Alexandria, among the cities of the Roman empire; the church there set Barnabas and Saul apart. Among its prophets and teachers were Simeon called Niger, a surname meaning black, perhaps from a dark complexion, and Lucius of Cyrene, in North Africa.Sources: Antioch (Syria) · the Bible text itself · Simeon · Lucius
  • At Paphos, the capital of Cyprus and the residence of the Roman governor, a Jewish sorcerer named Bar-Jesus, also called Elymas, an Arabic name meaning magician or sorcerer, tried to turn the proconsul Sergius Paulus from the faith. It is here that Saul is also called Paul; Easton's Bible Dictionary (1897) says the name Paul was probably given to him in infancy for use in the Gentile world, while Saul was his Hebrew home-name.Sources: Paphos · Elymas · Paul · the Bible text itself
  • Sent from Antioch, they went down to Seleucia, the city's seaport near the mouth of the Orontes, and sailed to Cyprus; later they landed at Perga, the capital of Pamphylia, on the river Cestrus. There John left them and returned to Jerusalem; his Roman name, Mark, gradually came to replace his Jewish name, and he was a cousin of Barnabas.Sources: Seleucia · Perga · John Mark · the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Antioch · Today: Antioch on the Orontes · 36.227, 36.172 · verse 1
  • Cyrene · 32.821, 21.851 · verse 1
  • Cyprus · 35.000, 33.000 · verse 4
  • Seleucia · Today: Seleucia Pieria · 36.124, 35.922 · verse 4
  • Salamis · 35.185, 33.902 · verse 5
  • Paphos · Today: New Paphos · 34.756, 32.404 · verses 6, 13
  • Jerusalem · 31.777, 35.234 · verses 13, 27, 31
  • Pamphylia · 37.000, 31.000 · verse 13
  • Perga · 36.960, 30.854 · verses 13, 14
  • Antioch · Today: Antioch in Pisidia · 38.306, 31.189 · verse 14
  • Pisidia · 38.306, 31.189 · verse 14
  • Egypt · 30.129, 31.308 · verse 17
  • Canaan · 32.767, 35.333 · verse 19
  • Galilee · 32.760, 35.527 · verse 31
  • Iconium · Today: Konya · 37.872, 32.492 · verse 51

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.