2 Kings 19
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Padşah Xizqiyanın Yeşayadan məsləhət alması
1Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 2O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 3Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 4Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”». 5Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 6Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 7Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
Aşşur padşahının məktubu
8Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 9Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi: 10«Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 11Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 12Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı? 13Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 15Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 16Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as. 17Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər, 18allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər. 19Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!»
Aşşurluların məğlubiyyəti barədə Yeşayanın peyğəmbərlik etməsi
20Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”. 21Onun haqqında Rəbbin söylədiyi söz budur:
“Bakirə Sion qızı
Sənə xor baxıb lağ edir,
Yerusəlim qızı
Sənin arxanca başını bulayır.
22Kimi söyüb küfr etdin?
Kimə qarşı səsini qaldırdın?
Kimə lovğalıqla baxdın?
İsrailin Müqəddəsinə!
23Qasidlərinin vasitəsilə
Rəbbi təhqir edib dedin:
‹Çoxlu döyüş arabalarımla
Dağların zirvəsinə,
Livanın ən uca yerlərinə çıxdım.
Uca sidr ağaclarını,
Gözəl sərv ağaclarını kəsdim,
Ən son məskəninə,
Yaşıl meşələrinə girdim.
24Quyu qazdım və özgə sularını içdim,
Misirin bütün çaylarını ayağımla qurutdum›.
25Məgər eşitməmisən ki,
Mən çoxdan bu işi hazırladım,
Qədimdən bəri müəyyən etdiyimi
İndi yerinə yetirirəm ki,
Sən qalalı şəhərləri dağıdıb
Viranəliyə çevirəsən.
26Bu şəhərlərin sakinləri zəiflədi,
Çaşqınlığa və xəcalətə düşdülər.
Yetişməmişdən əvvəl yandırılan
Çöl otu, göyərti və damda bitən ot kimi oldular.
27Sənin oturuşunu,
Girişini-çıxışını,
Mənə qarşı hiddətini bilirəm.
28Mənə qarşı hiddətləndiyinə görə,
Lovğalığın qulağıma çatdığına görə
Halqamı burnuna və yüyənimi ağzına taxacağam,
Səni gəldiyin yolla geri qaytaracağam.
29Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!
Bu il və gələn il özü yetişən barını,
Üçüncü il isə taxıl zəmilərini,
Üzüm bağları salıb onların bəhrəsini yeyin.
30Yəhuda nəslindən xilas olub qalanlar
Yenə aşağıya doğru kök atacaqlar,
Yuxarıya doğru bəhrə verəcəklər.
31Çünki qalanlar Yerusəlimdən,
Xilas olanlar Sion dağından çıxacaqlar.
Rəbbin qeyrəti bunu edəcək”.
32Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:
“O bu şəhərə girməyəcək,
Oraya ox atmayacaq,
Qarşısına qalxanla çıxmayacaq,
Qala önündə torpaq qalağı qurmayacaq.
33Ancaq gəldiyi yolla geri qayıdacaq,
Bu şəhərə girməyəcək”
Rəbb belə bəyan edir.
34“Mən bu şəhəri Özüm üçün,
Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
35O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. 36Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. 37O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.

Did you know?
Jerusalem Delivered from Assyria
- When Hezekiah received Sennacherib's threatening letter, he entered the temple and spread it out before God, affirming that while the gods of other conquered nations were merely wood and stone, the God of Israel is the maker of heaven and earth.Sources: the Bible text itself · Hezekiah
- Sennacherib sent his second threatening message to Jerusalem while fighting against Libnah after departing Lachish, prompted by reports that Tirhakah, the king of Cush, was marching out to oppose him.Sources: the Bible text itself · Tirhakah · Libnah · Lachish
- After the angel of the Lord struck 185,000 soldiers in the Assyrian camp, Sennacherib retreated to Nineveh, where his own sons later assassinated him with swords inside the temple of his god Nisroch.Sources: the Bible text itself · Sennacherib
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Assyria · 36.359, 43.153 · verses 4, 6, 8, 10, 11, 17, 20, 32, 35, 36, 37
- Jerusalem · 31.777, 35.234 · verses 8, 9, 10, 21, 31, 32
- Lachish · Today: Tell ed Duweir · 31.565, 34.849 · verse 8
- Cush · Today: Cush 1 · 16.935, 33.751 · verse 9
- Eden · Today: Beth-eden · 36.701, 38.087 · verse 12
- Haran · Today: Harran · 36.864, 39.033 · verse 12
- Hamath · Today: Hama · 35.136, 36.750 · verse 13
- Zion · Today: Jerusalem · 31.777, 35.234 · verse 21
- Lebanon · 33.540, 35.584 · verse 23
- Mount Carmel · 32.672, 35.023 · verse 23
- Egypt · 30.129, 31.308 · verse 24
- Mount Zion · 31.772, 35.229 · verse 31
- Nineveh · 36.359, 43.153 · verse 36
- Ararat · Today: Urartu · 39.703, 44.300 · verse 37
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org