2 Corinthians 11
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Saxta həvarilər
1Ümidvaram ki, mənim bir qədər ağılsızlığıma da dözəcəksiniz. Bəli, mənə bir qədər dözün. 2Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm. 3Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız. 4Çünki əgər kimsə yanınıza gəlib bizim vəz etdiyimiz İsadan başqa bir İsanı təbliğ edirsə, aldığınızdan fərqli bir ruh alırsınızsa və yaxud qəbul etdiyinizdən fərqli bir müjdəni qəbul edirsinizsə, siz buna necə də məmnuniyyətlə dözürsünüz. 5Zənnimcə bu «böyük həvarilər»dən mən heç də geri qalmıram. 6Natiqlik məharətim olmasa da, bilikdə məharətsiz deyiləm. Bunu sizə hər vəziyyətdə hər tərəfli göstərdik.
7Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdəsini müftə yaymaqla günah işlətdimmi? 8Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum. 9Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım. Çünki Makedoniyadan gələn qardaşlar ehtiyacımı tamamilə ödədilər. Sizə yük olmaqdan özümü saxladım və gələcəkdə də özümü saxlayacağam. 10Məndə olan Məsihin həqiqətinə and olsun! Axayya vilayətində heç kim məni susdura bilməz ki, buna öyünməyim. 11Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm.
12Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim. 13Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır. 14Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir. 15Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq.
Öyünmək lazımdırsa…
16Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm. 17Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm. 18Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm. 19Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz. 20Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz. 21Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır!
Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var. 22Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm. 23Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. 24Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm, 25üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım. 26Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım. 27Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım. 28Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır. 29Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı?
30Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm. 31Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm. 32Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı. 33Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım.

Did you know?
Foolish Boasting and False Apostles
- The chapter closes with Paul's escape from Damascus, where the governor under King Aretas had the city guarded in order to arrest him, and he was lowered in a basket through a window in the wall. Easton's Bible Dictionary (1897) identifies Aretas as king of Arabia Petraea and says that, after the emperor Tiberius died in A.D. 37, Aretas took possession of Damascus, when Paul returned there from Arabia. The same dictionary calls Damascus the most ancient of Oriental cities and the capital of Syria, about 133 miles north of Jerusalem.Sources: the Bible text itself · Aretas · Damascus
- Paul says that when he was with them and in need, he was a burden to no one, because brothers who came from Macedonia supplied his needs, and that this boast will not be silenced in the regions of Achaia. In New Testament times Macedonia was a Roman province north of Greece, governed by a propraetor with the title of proconsul. Achaia, in the sense in which the name is used in the New Testament, was the other Roman province, covering the Peloponnesus and the south of Greece.Sources: the Bible text itself · Macedonia · Achaia
- Paul fears that his readers' minds may be led astray from their simple and pure devotion to Christ, just as Eve was deceived by the serpent's cunning, and he warns that false apostles masquerade as apostles of Christ. He adds that this is no wonder, for Satan himself masquerades as an angel of light, and his servants as servants of righteousness. A dictionary entry notes that Satan, meaning adversary or accuser, is also called the old serpent and, in this same letter, the god of this world.Sources: the Bible text itself · Satan
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Macedonia · 41.600, 22.540 · verse 9
- Achaia · 38.720, 22.540 · verse 10
- Damascus · 33.511, 36.306 · verse 32
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org