1 Samuel 2
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Xannanın duası
1Xanna Rəbbə belə dua etdi:
«Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir,
Rəbb mənə böyük güc verir,
Düşmənlərimin önündə öyünürəm,
Çünki Sən məni qurtardığına görə sevinirəm.
2Rəbbə oxşar ikinci müqəddəs yoxdur,
Ey Rəbb, yeganəsən Sən!
Allahımız kimi sığınacaq qaya yoxdur!
3Artıq qürurla danışmayın,
Dilinizdən təkəbbürlü sözlər çıxmasın.
Çünki Rəbb hər şeyi bilən Allahdır,
Hər iş Onun tərəfindən ölçülür.
4İgidlərin yayları qırılır,
Büdrəyənlər isə Onun qüdrəti ilə qurşanır.
5Toxlar azuqə üçün muzdla işlərkən
Aclar doyuzdurulur.
Sonsuz qadın yeddi övlad doğur,
Çoxuşaqlı qadın isə tənha qalır.
6Rəbb insanı həm öldürür, həm dirildir.
Ölülər diyarına həm endirir, həm çıxarır.
7Rəbb yoxsulluq və var-dövlət göndərir,
Alçaldır və yüksəldir.
8O, yoxsulları toz-torpağın içindən götürür,
Fəqirləri küllükdən çıxarır.
Onları hökmdarların yanında əyləşdirir,
Onlara irs olaraq şərəf taxtını verir.
Çünki Rəbb yerin təməlini qoydu,
Onun üzərində dünyanı qurdu.
9Sadiq qullarının addımlarını qoruyur,
Pisləri isə zülmətdə susdurur.
Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.
10Rəbbə qarşı duranlar parça-parça olacaq,
Haqq-Taala onların üzərində göyləri gurladacaq.
Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir,
Öz padşahına qüvvət verəcək,
Məsh etdiyinə böyük güc verəcək!»
11Sonra Elqana Ramadakı evinə qayıtdı. Kiçik Şamuel isə kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə başladı.
Elinin oğullarının pis əməlləri
12Elinin oğulları yaramaz adamlar idi. 13Onlar Rəbbi tanımırdı. Bu kahinlərin xalqla rəftarı belə idi: qurban təqdim edilən zaman, ət qaynayarkən kahinin xidmətçisi əlində üçdişli ət qarmağı ilə gələrdi. 14Ət qarmağını qazana, təknəyə, tavaya, bardağa salardı və qarmaqla nə çıxardısa, bu kahinlər onu özlərinə götürərdi. Onlar Şiloya qurban gətirən İsraillilərin hamısı ilə belə rəftar edirdilər. 15Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir». 16Əgər qurban gətirən «qoy əvvəlcə iç piyi yandırılsın, sonra istədiyin payı gəl götür» deyərdisə, xidmətçi «xeyr, indi ver, yoxsa zorla götürərəm» deyə cavab verərdi. 17Rəbbin gözü önündə bu gənclər çox böyük günah işlədirdilər, çünki onlar Rəbbə gətirilən təqdimlərə hörmət etmirdilər.
18Kiçik Şamuel isə əyninə kətan efod geyərək Rəbbin önündə xidmət edirdi. 19Anası Şamuelə kiçik cübbə tikərdi. Hər il atası illik qurbanı təqdim etmək üçün Şiloya gələndə o da tikdiyi kiçik cübbəni gətirib oğluna verərdi. 20Kahin Eli isə Elqana ilə arvadına xeyir-dua verərək «arvadının istədiyi və Rəbbə əhd etdiyi uşağın yerinə Rəbb sənə bu qadından yeni övladlar versin» deyərdi. Bundan sonra onlar evlərinə qayıdardı.
21Rəbbin lütfü ilə Xanna yenə hamilə olub bundan sonra üç oğul və iki qız doğdu. Kiçik Şamuel isə Rəbbin hüzurunda böyüyürdü.
22Eli artıq çox qocalmışdı. O, oğullarının İsraillilərə etdikləri və Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıqları barədə hər şeyi eşitmişdi. 23Eli onlara dedi: «Nə edirsiniz? Bütün xalqdan etdiyiniz pis əməllər barədə eşidirəm. 24Belə yaramaz, oğullarım! Eşitdiyim yaxşı xəbər deyil. Rəbbin xalqını yoldan çıxarırsınız. 25İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?» Lakin onlar atalarının sözlərinə qulaq asmazdılar, çünki Rəbb onları ölümə məhkum etmişdi.
26Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı.
Elinin oğulları haqqında peyğəmbərlik sözü
27Həmin dövrdə bir Allah adamı Elinin yanına gəlib söylədi: «Rəbb belə deyir: “Misirdə atan və onun nəsli fironun xalqına kölə olarkən Özümü onlara aydın göstərmədimmi? 28Qurbangahıma çıxaraq buxur yandırıb önümdə efod geyməsi üçün bütün İsrail qəbilələri arasından yalnız atanı Özümə kahin seçmədimmi? İsraillilərin verdiyi yandırma təqdimlərinin hamısını atanın nəslinə vermədimmi? 29Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən əlası ilə özünüzü kökəltdiyinizə görəmi?” 30Ona görə də İsrailin Allahı Rəbb belə deyir: “Həqiqətən, ailən və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi belə deyirəm: “Yox, Mən belə etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək! 31Budur, elə günlər gəlir ki, sənin də, ata nəslinin də gücünü qıracağam və nəslindən heç kim uzun ömür sürməyəcək. 32İsrailə etdiyim yaxşılığın əvəzinə sən evində qəm-qüssə görəcəksən və artıq nəslindən heç kim uzun ömür sürməyəcək. 33Aranızda qurbangahımdan ayağını kəsmədiyim bir adam olacaq ki, onu da gözlərini kor etmək və qəlbini kədərləndirmək üçün sağ saxlayacağam. Nəslindən olanların hamısı az ömür sürüb öləcək. 34İki oğlunun – Xofni və Pinxasın eyni bir gündə ölməsi sənə bir işarə olacaq. 35Mən isə Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədiləşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək. 36Ailəndən sağ qalan hər kəs bir az gümüş pul və bir parça çörək üçün gəlib onun qarşısında əyiləcək, ‹nə olar, bir parça çörək üçün mənə hər hansı bir kahinlik işi ver› deyərək yalvaracaq”».

Did you know?
Hannah's Song and the Priesthood at Shiloh
- Eli's sons, Hophni and Phinehas, violated sanctuary customs by demanding raw meat before the fat was burned on the altar and by using a three-pronged fork to seize meat directly from the cooking pots. Their aggressive demands treated the Lord's sacrifices with contempt.Sources: the Bible text itself · Hophni · Phinehas
- While serving before Eli at Shiloh, the young boy Samuel wore a linen ephod. Each year when his parents came to offer the annual sacrifice, his mother Hannah brought him a small robe she had made for him.Sources: the Bible text itself · Samuel · Hannah
- A man of God announced judgment against the house of Eli for profaning the sacrifices and honoring his corrupt sons above God. The prophecy warned that Eli's priestly line would be cut short, marked by the sign that both Hophni and Phinehas would die on the same day.Sources: the Bible text itself · Eli · Hophni
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org