1 Kings 4
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
Süleymanın əyanları
1Padşah Süleyman bütün İsrail üzərində hökmran idi. 2Əyanları da bunlar idi:
Kahin – Sadoq oğlu Azarya;
3Mirzələr – Şişanın oğulları Elixoref və Axiya;
Salnaməçi – Axilud oğlu Yehoşafat;
4Ordu başçısı – Yehoyada oğlu Benaya;
Kahinlər – Sadoq və Evyatar;
5Baş vali – Natan oğlu Azarya;
Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;
6Saray rəisi – Axişar;
Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram.
7Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi. 8Onların adları belədir:
Efrayimin dağlıq bölgəsində Ben-Xur;
9Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer;
10Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed;
11bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav;
12Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana;
13Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;
14Maxanayim bölgəsində İddo oğlu Axinadav;
15Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas;
16Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana;
17İssakar torpağında Paruah oğlu Yehoşafat;
18Binyamin torpağında Ela oğlu Şimey;
19Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.
Süleymanın bir günlük təminatı
20Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar. 21Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.
22Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un, 23on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları. 24Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı. 25Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
26Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi. 27Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı. 28Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
Süleymanın misilsiz hikməti
29Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi. 30Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi. 31O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı. 32O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi. 33Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı. 34Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.

Did you know?
Solomon’s Court and Administration
- Solomon organized his realm under chief officials and twelve regional governors, each responsible for supplying provisions for the royal court for one month of the year. This network supported Solomon's household with massive daily supplies of flour, livestock, and wild game, while also furnishing fodder for thousands of horses across a realm extending to the Euphrates River.Sources: the Bible text itself · Euphrates
- Solomon's administration maintained continuity with David's court, retaining high priest Zadok, army commander Benaiah son of Jehoiada, and royal recorder Jehoshaphat son of Ahilud. His secretaries, Elihoreph and Ahijah, were the sons of Shisha (also recorded as Shavsha), who had previously served as David's scribe.Sources: the Bible text itself · Zadok · Benaiah · Jehoshaphat
- The biblical account celebrates Solomon's extensive wisdom, noting that he composed three thousand proverbs and over a thousand songs. His recorded knowledge encompassed natural history, ranging from the grand cedars of Lebanon to the small hyssop growing on walls, alongside animals, birds, reptiles, and fish.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Places in this chapter
- Megiddo · Today: Tel Megiddo · 32.585, 35.184 · verse 12
- Taanach · Today: Tell Ta’anakh · 32.522, 35.219 · verse 12
- Argob · 32.969, 36.455 · verse 13
- Bashan · 32.781, 35.935 · verses 13, 19
- Gilead · Today: Gilead 1 · 32.187, 35.692 · verses 13, 19
- Havvoth-jair · 32.588, 35.726 · verse 13
- Egypt · 30.129, 31.308 · verses 21, 30
- Euphrates · Today: Euphrates River · 31.004, 47.442 · verses 21, 24
- Gaza · Today: Tell Harube · 31.504, 34.464 · verse 24
- Dan · Today: Tel Dan · 33.249, 35.652 · verse 25
- East · Today: region around Amman · 31.955, 35.934 · verse 30
- Lebanon · 33.540, 35.584 · verse 33
Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org