Nations Bible

1 Corinthians 12

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Ruhani ənamlar

1Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm. 2Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz. 3Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz.

4Müxtəlif ənamlar var, amma Ruh eynidir. 5Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. 6Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. 7Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. 8Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. 9Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. 10Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. 11Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır.

İsa Məsihin bədəni barəsində

12Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; 13çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik. 14Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir. 15Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 16Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 17Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik? 18Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi. 19Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı? 20Doğrudan da, üzv çox, bədən isə birdir. 21Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz. 22Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır, 23dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk. 24Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki, 25bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. 26Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.

27Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. 28Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. 29Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi? 30Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi? 31Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Spiritual gifts and one body

  • The chapter begins by reminding the readers that, when they were pagans, they were led astray to mute idols. It then sets a test for speech about Jesus: no one speaking by the Spirit of God curses Jesus, and no one can confess that Jesus is Lord except by the Holy Spirit.Sources: the Bible text itself
  • Gifts, ministries, and ways of working differ, yet they come from the same Spirit, the same Lord, and the same God, who works all things in all people. Each manifestation of the Spirit is given for the common good, and the one Spirit assigns them—including wisdom, knowledge, faith, healing, miracles, prophecy, distinguishing spirits, various tongues, and interpretation—as he determines. The closing questions make the same point: not all are apostles, prophets, or teachers, and not all speak in tongues or interpret.Sources: the Bible text itself
  • The many members are compared to one body, and the same is said of Christ. In one Spirit all were baptized into that one body, whether Jews or Greeks, slave or free, and all were given one Spirit to drink. Parts that seem weaker are called indispensable, and those considered less honorable are given greater honor, so that there is no division and the members suffer and rejoice together.Sources: the Bible text itself

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.