1 Corinthians 10
Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.
İsrail tarixindən ibrət dərsləri
1Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi. 2Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. 3Hamısı eyni ruhani qida yedi 4və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi. 5Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi.
6Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. 7Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı». 8Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü. 9Məsihi sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü. 10Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü. 11Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. 12Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın. 13Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
Bütpərəstlik və Rəbbin süfrəsi
14Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın. 15Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın. 16Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? 17Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik. 18Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları yeyənlər qurbangaha şərik deyilmi? 19Belədirsə, mən nə demək istəyirəm? Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti varmı? 20Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox, cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm. 21Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. 22Yoxsa Rəbbi qısqanclığa vadar edirik? Məgər biz Ondan güclüyük?
İmanlının azadlığı
23«Hər şeyə icazə var» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə icazə var», lakin hər şey ruhən inkişaf etdirmir. 24Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün. 25Ət bazarında nə satılırsa, vicdan məsələsini qaldırmadan yeyin. 26Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar». 27Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini qaldırmadan yeyin. 28Amma biri sizə desə ki, «bu, qurban ətidir», onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin. 29Mən sizin vicdanınızı yox, başqasının vicdanını nəzərdə tuturam. Axı nə üçün mənim azadlığım başqasının vicdanı ilə müəyyənləşdirilsin? 30Əgər şükür edərək yeməkdə iştirak edirəmsə, şükür etdiyim yeməyə görə nə üçün mənə şər atırlar? 31Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. 32Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin büdrəməsinə səbəb olmayın, 33necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirəm ki, onlar da xilas olsunlar.

Did you know?
Wilderness Warnings and the Lord's Table
- Paul says he does not want the Corinthians unaware that the forefathers were all under the cloud and all passed through the sea, and that they were baptized into Moses in the cloud and in the sea. They all ate the same spiritual food and drank the same spiritual drink from the spiritual rock that accompanied them, and he says that rock was Christ.Sources: the Bible text itself
- Paul says God was not pleased with most of them, for they were struck down in the wilderness. He lists idolatry, sexual immorality in which twenty-three thousand died in one day, testing Christ, which brought death by snakes, and complaining, punished by the destroying angel, and calls these events examples written down as warnings.Sources: the Bible text itself
- He calls the cup of blessing and the bread that is broken a participation in the blood and body of Christ, and says pagan sacrifices are offered to demons, not to God, so the two tables cannot be shared. Food sold in the meat market may be eaten without raising questions of conscience, for "The earth is the Lord's, and the fullness thereof," but if someone says it was offered to idols, it should be refused for that person's conscience.Sources: the Bible text itself
Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.
Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Source: http://ebible.org/azb/ · eBible.org