Nations Bible

1 Chronicles 12

Azərbaycan dilində Müqəddəs Kitab · Tap a verse to see its cross-references.

Davuda qoşulan döyüşçülər

1Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi. 2Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir: 3onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu, 4«otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad, 5Eluzay, Yerimot, Bealya, Şemarya, Xaruflu Şefatya, 6Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam, 7Qedorlu Yeroxam oğulları Yoela və Zevadya.

8Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər. 9Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav, 10dördüncüsü Mişmanna, beşincisi Yeremya, 11altıncısı Attay, yeddincisi Eliel, 12səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad, 13onuncusu Yeremya, on birincisi Makbannay. 14Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxa bilərdi. 15Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular.

16Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi. 17Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda məni düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin». 18Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi:

«Ey Davud, biz səninləyik,

Ey Yessey oğlu, biz sənin tərəfindəyik.

Sülh, sülh olsun sənə və sənə kömək edənə,

Çünki Allahın sənə kömək edir».

Davud onları götürüb dəstə başçıları təyin etdi.

19Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər. 20Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi. 21Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu. 22Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu.

Davudu padşah etmək üçün gələn adamlar

23Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir: 24Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər; 25Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü; 26Levililərdən dörd min altı yüz nəfər; 27Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər; 28gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı; 29Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər; 30Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsillərinin adlı-sanlı adamları; 31Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər; 32İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları; 33Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər; 34Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər; 35Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər; 36Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər; 37İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər.

38Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraillilərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi. 39Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-içdilər, çünki qohumları onlar üçün hazırlıq görmüşdü. 40İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi.

Artistic illustration — an interpretation, not a historical record.

Did you know?

Warriors Unite to Make David King

  • Even while David was hiding from King Saul at Ziklag, warriors from Saul's own tribe of Benjamin defected to support him. These fighters were noted for their ambidexterity, able to sling stones and shoot arrows effectively with both their right and left hands.Sources: the Bible text itself · Saul · Ziklag
  • A group of commanders from the tribe of Gad joined David in the wilderness after performing a daring military feat. They crossed the Jordan River during the first month of the year when it overflowed its banks, driving away hostile forces in the surrounding valleys.Sources: the Bible text itself · Jordan
  • The gathering of all tribes at Hebron to make David king concluded with a massive three-day celebration. People from northern tribes like Issachar, Zebulun, and Naphtali sent pack animals laden with provisions, including flour, fig cakes, raisin cakes, wine, oil, and livestock.Sources: the Bible text itself · Hebron · Issachar

Notes written with AI assistance from open sources (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, public domain) and reviewed before publishing.

Places in this chapter

  • Gibeon · Today: El Jib · 31.847, 35.183 · verse 4
  • Jordan · Today: Jordan River · 31.761, 35.558 · verses 15, 31, 37
  • Hebron · Today: Tel Rumeida · 31.525, 35.102 · verses 23, 38

Only places identified with high confidence are shown (90% or more according to the scholarly sources compiled by OpenBible). Period map: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; modern map: © OpenStreetMap contributors; places: OpenBible.info (CC BY 4.0).

Credits and license for this translation
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Source: http://ebible.org/azb/ · eBible.org

Talk to us

Tell us where you read from, how the Bible has helped you, or what we could improve. We read every message.